
UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin oyunları start götürür.
Fanat.Az xəbər verir ki, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Sabah" da bu gün növbəti sınağına çıxacaq.
Valdas Dambrauskasın baş məşqçisi olduğu "bayquşlar" Finlandiyanın "KuPS" komandasını qəbul edəcək. Masazırda təşkil olunacaq görüş saat 20:00-da başlayacaq. Oyunu baş hakimi Lukaş Kujma olacaq polşalı hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, bu cütün cavab matçı iyulun 28-də Finlandiyanın Kuopio şəhərindəki "Väre Areena" stadionunda keçiriləcək.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
21 iyul
20:00. "Sabah" – "KuPS" (Finlandiya)
Hakimlər: Lukaş Kuzma, Yakub Vinkler, Pyotr Podbelskiy, Martsin Şerboviç (hamısı Polşa).
VAR: Pavel Malets (Polşa).
AVAR: Pavel Pskit (Polşa).
Masazır. "Bank Respublika Arena".