
"Zirə" yeni futbolçu ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
"Qartallar" Lue Bayere Junioru transfer edib. Fildişi Sahilindən olan hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, 25 yaşlı futbolçu daha əvvəl İsveçin "Hammarbü", "Frey", Serbiyanın "Jelezniçar", "Yvor" və Türkiyənin "Göztəpə" klublarında çıxış edib.