
Misli Premyer Liqasında 1-ci tura bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, mövsümün açılış turunun son oyununda “Qarabağ” ilə “Şamaxı” üz-üzə gələcəklər.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 19:30-da start götürəcək. Görüşü hakim Rəvan Həmzəzadə idarə edəcək. Həftəiçi Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində oyuna çıxacaq Ağdam təmsilçisinin bugünkü görüşdə əsasən ehtiyat qüvvədən yararlanacağını ehtimal etmək olar.
Qeyd edək ki, tur çərçivəsində "Turan Tovuz" "Qəbələ"ni (1:0), "Sabah" "Kəpəz"i (2:0), "Zirə" "Şəfa"nı (2:0), "Neftçi" isə "Sumqayıt"ı (3:1) üstələyib, "Araz-Naxçıvan" ilə "İmişlinin duelində qalib müəyyənləşməyib (0:0).
Misli Premyer Liqası
1-ci tur
17 avqust
19:30. “Qarabağ” – “Şamaxı”
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Şirmamed Mamedov, Cavid Cəlilov.
VAR: İnqilab Məmmədov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.