
Yarımmüdafiəçi Rodriqu Mora İtaliyanın "Roma" klubuna keçib.
Fanat.Az xəbər verir ki, klub 19 yaşlı yarımmüdafiəçinin keçidini dünən rəsmi saytında yayıb.
O, Portuqaliyanın "Portu" klubundan transfer olunub və 86 nömrəli formanı seçib.
"Footy Headlines" portalı bu məqamla bağlı maraqlı xəbər təqdim edib. Beləliklə, İtaliya nəhəngi tarixdə oyunçularının 1-dən 99-a qədər bütün rəqəmləri ən azı bir dəfə istifadə etdiyi ilk komanda olub.

Yeri gəlmişkən, İtaliya futbolu rəqəmlərlə bağlı sərt qaydaları ilə tanınır. Lakin "Roma" Romelu Lukakunun 90, Stefan El Şaaravi isə 92 nömrəli forma geyinməsi ilə fərqlənir. Paytaxt klubu rəsmi olaraq bu nömrələri geri qaytarmayıb, lakin əfsanəvi Françesko Tottinin "10 nömrə"si 2017-ci ildə karyerasını başa vurduqdan sonra artıq istifadə edilmir.
Mirağa