
“Mançester Siti” gənc futbolçusunu icarəyə verib.
Fanat.Az xəbər verir ki, "şəhərlilər" Ceremi Monqa mövsümün sonuna qədər Çempionşipdə çıxış edəb “Suonsi”yə transfer olub.
17 yaşlı vinger “Mançester Siti”yə bu ilin iyulunda “Lester”dən keçid edib.
“Şəhərlilər” gənc futbolçu üçün 10 milyon funt sterlinq verib. Müqavilədə əlavə 2,5 milyon funt sterlinqlik bonuslar da nəzərdə tutulub.
Əlisahib İbrahimli