
Azərbaycan 2-ci Liqasında ilk turun oyunları davam edir.
Fanat.Az xəbə verir ki, tura bu gün keçiriləcək 3 oyunla yekun vurulacaq.
"Dinamo" 1-ci Liqadan aşağı düşən "Difai" ilə münasibətlərinə aydınlıq gətirəcək. Region Liqasının qalibi kimi "ikincilər"in yarışına qoşulan "Zəngəzur" isə startda "Ağstafa Gəncləri" ilə qarşılaşacaq. Nəhayət, "Şəmkir" Şamaxıda 2-ci Liqanın daha bir debütantı "Marafon"la üz-üzə gələcək.
Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə “Qaradağ Lökbatan” “Hypers”i 2:1, “Şirvan” “Kür-Araz”ı 6:1, “Şəki” isə “Ağdaş”ı 4:2 hesabı ilə məğlub edib.
2-ci Liqa
1-ci tur
2 sentyabr
“Difai” – “Dinamo”
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Mehdi Yusifov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Palms Sports Futbol Mərkəzi (IV meydança), 17:00.
“Zəngəzur” – “Ağstafa Gəncləri”
Hakimlər: Hacıağa Həsənov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Vaqif Vəliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu, 17:00.
“Şəmkir” – “Marafon”
Hakimlər: Rəsul Babayev, Cavid Ömərov, Sadiq Əliyev, Rasim Musayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu, 17:00.