11:48 08.09.2026 172

Georgi Minaşvili "Sabahın ulduzları" haqda fikirlərini bölüşdü

“Sabah” Futbol Akademiyasının koordinatoru Georgi Minaşvilinin “Sabahın ulduzları” və uşaq futbolu haqda təəssüratlarını bölüşüb.

Fanat.Az xəbər verir ki, o, layihə ilə bağlı sualları cavablayıb.

-“Sabahın ulduzları” layihəsi barədə təəssüratlarınız necədir?

- Bu layihə barədə çox pozitiv fikirdəyəm. Təşkilatçılara təşəkkür etmək istəyirəm. Bu turnir gənc futbolçuların inkişafına böyük köməklik göstərir və onların irəliləməsi üçün yaxşı fürsət yaradır. Bu cür turnirlərdə futbolçular potensiallarını açmaq imkanı qazanır. Hazırda mövsümlərarası hazırlıq dövrüdür. Belə bir vaxtda “Sabahın ulduzları” layihəsi əvəzsizdir. Onun sayəsində komandalar yeni mövsümə daha yaxşı hazırlaşmaq imkanı qazanırlar, bu layihə futbolçuların təcrübələrini artırmasına kömək edir.

-Gənc futbolçulara nələri tövsiyə edərdiniz?

- İlk növbədə daha çox çalışmağı. Onlara demək istəyirəm ki, təkcə xəyal qurmaq kifayət deyil. Gələcək karyera planını həyata keçirmək üçün çox çalşmaq və peşəkarlaşmaq da vacib şərtdir. Hər şeydən əvvəl peşəkar futbolçu kimi yaşamağı öyrənmək lazımdır. Təkcə meydanda deyil, meydandan kənarda da peşəkarlıq göstərmək lazımdır. Çünki işə münasibət və həyat tərzi peşəkar futbolçu olmaq üçün çox əhəmiyyətlidir.

-“Sabahın ulduzları” layihəsi yarışlarında iştirak edən komandalarınzdan nə gözləyirsiniz?

- Bu yarışların bizim gənc futbolçular və komandalarımızın hazırlaşmaq və inkişaf etməsi üçün çox yaxşı fürsət olduğunu qeyd etmək istəyirəm. Burada güclü komandalarla qarşılaşırıq. Onlara qarşı oynamaq bizim üçün yeni bir təcrübədir. Düşünürəm ki, komandalarımız burada yaxşı çıxış edirlər. U-14 komandamız özünü ən yaxşı tərəfdən göstərir. U-15 komandamız üçün isə bura ciddi bir sınaq meydanıdır. Onlar özlərindən bir yaş böyük komandalarla oynayırlar. Bu həm də komanda olaraq maksimumuzu göstərmək imkanı verir. Ümumuyyətlə, hər iki komandamız üçün bu yarışlarda iştitak etmək çox yaxşı təcrübədir. “Sabahın ulduzları” sayəsində oyunlardan zövq almaq, yaxşı vaxt keçirmək və mövsümə hazırlaşmaq üçün əla fürsət qazanmışıq.

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 Sentyabr 2026
12:44

Mbappe: "Qızıl top"u qazanmağım sürpriz olmaz"

12:25

Azər Bağırov "Sumqayıt"la səfər matçından nə gözləyir? - AÇIQLAMA

12:06

Kapitan komandadan ayrıldı, karyerasını başa vurdu

11:48

Georgi Minaşvili "Sabahın ulduzları" haqda fikirlərini bölüşdü

11:29

Bülent Korkmaz Türkiyə klubu ilə yollarını ayırdı

11:10

İkinci Liqa: 2-ci tura yekun vurulur

10:51

Holand ÇL matçını buraxacaq

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

"Sabahın ulduzları": "Neftçi" zirvədən 11 "əlli yapışdı" - Fotolar/Nəticələr

09:48

İkinci Liqada hakim çatışmazlığı var? - Yeni başlayan marafonda "Marafon"un "tanışlar"ı

09:25

ÇL: Liqa mərhələsi başlayır, "Sabah" gözləyir

09:00

Ronaldu və Messi eyni komandada oynayacaq

01:45

La Liqa: "Real Sosyedad" 3 xalı 3 qolla qazandı

01:33

A Seriyası: "Latsio"dan çətin qələbə

00:47

Sabiq "Qarabağ"lı Türkiyədə qalmaqala səbəb oldu

07 Sentyabr 2026
23:57

"Barselona" onun üçün 150 milyon avro tələb edir

23:11

Komandası çətin qələbəyə sevindi, Toral isə...

22:47

Mudrik "Tottenhem"də qalsa, London klubu 75 milyon funt ödəyəcək

22:14

"Çelsi"dən Renato Sançes sürprizi

21:35

"Sumqayıt" "diş"imizə uyğun rəqibdir" - Gəncədə qol vuran Uğur qələbəni dəyərləndirdi

21:04

"Neftçi" nigeriyalı bombardir üçün nə qədər ödədi?

20:32

Nigeriyalı hücumçu "Neftçi"də - RƏSMİ

20:08

Azərbaycan konkurçusu Belçikadakı turnirdə 2-ci yeri tutub

19:44

"Qəbələ" Futbol Akademiyasının futbolçuları üçün danışılmış oyunlarla bağlı seminar keçirilib

19:11

Azərbaycanlı hakim "Borussiya Dortmund" - "Vilyarreal" qarşılaşmasını idarə edəcək

18:42

Azərbaycan millisinin 3 oyununun biletləri satışa çıxarıldı

18:04

Azərbaycan millisi Moldovaya məğlub oldu

17:45

Turun 26 qolunda neçə futbolçu assist müəllifi olub? - STATİSTİKA

17:26

Azərbaycan güləşçiləri Vladiqafqazda 8 medal qazandılar

17:08

"Çempionlar Liqasını qazanmaq məcburiyyətində olduğumu hiss etmirəm" - Joze Mourinyu

16:49

Filipe Kandidunun aqibəti necə olacaq? - Rəhbərliyin mövqeyi bəllidir

16:31

Ceydon Sanço "Borussiya Dortmund"a qayıdır

16:12

Hələ Salah kimisi olmamışdı

15:53

"Bu qələbənin ardını gətirmək niyyətindəyik" - Süleyman Əhmədov

15:35

"Sabah"ın 25-ci böyükhesablı qələbəsi

15:18

Qismət Alıyev tarixə düşdü

15:01

Daha 3 referi "siftə etdi", vərəqə sayında rekord qeydə alındı - Hakimliyin mənzərəsi

14:43

"Meydandan bərabərliklə ayrılmaq şansımız da var idi" - Tural Cəlilov

14:25

"Zaqatala"nın baş məşqçisi məhsuldar heç-heçəni belə şərh etdi

14:07

İtaliya klubu baş məşqçisi ilə yollarını ayırdı

Facebookdan bizi izləməyi unutmayın.
X