
Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsi start götürəcək.
Fanat.Az xəbər verir ki, açılış turunun ilk günündə 6 oyun keçiriləcək.
İlk iki oyun Bakı vaxtı ilə saat 20:45-də, növbəti dörd qarşılaşma isə saat 23:00-da başlayacaq.
Əsas mərhələyə Belçika və Yunanıstanda start veriləcək. Gecənin əsas qarşılaşması isə İspaniyada gerçəkləşəcək. "Real Madrid" İtaliya nəhəngi "İnter"i qonaq edəcək.
Azərbaycanı qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsində təmsil edəcək "Sabah"ın turnirdəki rəqiblərindən olan "Borussiya Dortmund" isə İspaniya təmsilçisi "Vilyarreal"ı qəbul edəcək.
Azərbaycan çempionu ilk sınağına 10 sentyabrda çıxacaq. "Sabah" "Mançester Yunayted"in qonağı olacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
8 sentyabr
20:45. Brügge (Belçika) – Aston Villa (İngiltərə)
20:45. AEK (Yunanıstan) – LASK (Avstriya)
23:00. Real Madrid (İspaniya) – İnter (İtaliya)
23:00. Portu (Portuqaliya) – Mançester Siti (İngiltərə)
23:00. Borussiya Dortmund (Almaniya) – Vilyarreal (İspaniya)
23:00. Lill (Fransa) – Real Betis (İspaniya)