
“Mançester Yunayted”in U-18 komandasının baş məşqçisi Darren Fletçer “Sabah”la oyundan sonra azarkeşlərdən biri ilə mübahisə edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Talksport" yayıb.
Hadisə “Mançester Yunayted”in UEFA Çempionlar Liqasının ilk turunda “Sabah”ı 4:0 hesabı ilə məğlub etməsindən sonra “Old Trafford” stadionunun qarşısında baş verib.
Fletçer futbolçulara qarşı hörmətsiz ifadələr işlədən azarkeşə etiraz edib. Azarkeşin bəzi futbolçuların avtoqraf verməməsindən narazı qaldığı bildirilib.
Darren ona: “Dinlə, bunun heç bir əhəmiyyəti yoxdur, belə danışa bilməzsən. Hörmət göstər. İnsanların avtoqraf verməməsinin səbəbi sənsən”, – deyib.
Fletçerin reaksiyası ətrafdakı digər “Mançester Yunayted” azarkeşləri tərəfindən alqışlarla qarşılanıb.
Əlisahib İbrahimli