
“Arsenal” Gürcüstanın gənc istedadı Andria Bartişvilini heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Standard" yayıb.
London təmsilçisi 17 yaşlı hücumameyilli futbolçu ilə ilkin müqavilə razılaşması əldə etdiyini açıqlayıb. Bartişvili 2027-ci ilin iyulunda, 18 yaşı tamam olduqdan sonra “Arsenal”a qoşulacaq.
Hazırda “Kolxeti 1913” klubunun futbolçusu olan Bartişvili “İberiya 1999”da icarə əsasında çıxış edir.
O, cinah hücumçusu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynaya bilir.
Əlisahib İbrahimli