
İngiltərə Hakimlər Assosiasiyası (Pro Ref) Premyer Liqanın 4-cü turunda "Mançester Siti"nin hücumçusu Erlinq Holandın "Mançester Yunayted"ə vurduğu qolun səhvən qeydə alındığını etiraf edib.
Fanat.Az xəbər verir ki, informasiyanı BBC yayıb.
Mənbənin məlumatına görə, təşkilat VAR sisteminin hakimə mübahisəli oyunu monitorda nəzərdən keçirməyi məsləhət görməli olduğunu bildirib. "Pro Ref" Entso Fernandesin topa toxunmadığını müəyyən edib, buna görə də ofsayd qərarı subyektiv olaraq qalıb. Lakin mütəxəssislər VAR-ın oyunçunun mövqeyinin potensial nəticələrini nəzərə almadığı və təkrar baxış başlatmalı olduğu qənaətinə gəliblər.
Oyundan sonra "Pro Ref" nümayəndələri "Mançester Yunayted" ilə əlaqə saxlayaraq səhv qiymət verdiklərini etiraf ediblər. Təşkilat həmçinin hadisə ilə bağlı araşdırma apardığını elan edib.
Xatırladaq ki, Holandın qolu matçın 60-cı dəqiqəsində vurulub. "Mançester Siti" sonda "Mançester Yunayted"i 1:0 hesabı ilə məğlub edib.
Mirağa