
"İnter" və Xorvatiya millisinin sabiq yarımmüdafiəçisi Marselo Brozoviç rəsmi olaraq Qətərin "Əl Sədd" klubu ilə müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun sosial media hesabı yayıb.
34 yaşlı yarımmüdafiəçi Qətər təmsilçisinə azad agent kimi qoşulub. Onun Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatıb. Yay transfer pəncərəsi zamanı Brozoviç İtaliyanın "Yuventus" , "Latsio" və "Fiorentina" klubları da daxil olmaqla bir neçə klubun marağına səbəb olub. Səudiyyə Ərəbistanının "Əl-İttihad" və Türkiyənin "Trabzonspor" klubları da xorvatiyalı oyunçu ilə maraqlanırdılar. Ancaq oyunçu karyerasını Qətərdə davam etdirmək qərarına gəlib.
Brozoviç karyerası ərzində "Hrvatski Dragovoljac", "Lokomotiva", "Dinamo Zaqreb" , "İnter" və "Əl-Nəsr"də də çıxış edib . O, Xorvatiya millisində 99 oyun keçirib