
Pro kateqoriyalı mütəxəssis Rüstəm Məmmədov İsveçrənin Nyon şəhərindədir.
İnformasiyanı Fanat.Az-a sözügedən məşqçinin özü verib.
"Hazırda Pro kateqoriyası üzrə təhsil alan ümumi qrupumuzla birgə İsveçrədəyik. UEFA-nın təşkil etdiyi sonuncu seminarda iştirak edirik və qismət olarsa, bu gün geri qayıdırıq. Seminar çox yüksək səviyyədə təşkil olunmuşdu. Burada Almaniya, Kipr, Şimali İrlandiya, İrlandiya, İsrail və müxtəlif ölkələrdən gəlmiş mütəxəssislər, o cümlədən qadın məşqçilər yer alırdı. İştirakçıların demək olar ki, hamısı Pro lisenziyalı məşqçilər idi. Hər şey çox gözəl təşkil olunmuşdu".
Qeyd edək ki, Məmmədov uzun müddət "Zaqatala" futbol klubunun baş məşqçi postundan ayrılıb.
Əlisahib İbrahimli