
Bu gün Azərbaycan 1-ci Liqasında 3-cü tur start götürüb.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış oyunu Yevlaxda baş tutub.
Günün yeganə qarşılaşmasında "Karvan-Yevlax" "Zaqatala"nı qonaq edib. Meydan sahibləri 3 xalı 3 qolla qazanıblar.
Qeyd edək ki, tur çərçivəsində "Şimal" - "Şahdağ Qusar", "Mingəçevir" - "Gəncəbasar", "Baku Sportinq" - "Səbail" görüşləri sabah keçiriləcək. Turun bağlanış matçı isə 18 sentyabrda "Xankəndi" ilə MOİK arasında baş tutacaq.
Azərbaycan 1-ci Liqası
3-cü tur
16 sentyabr
“Karvan Yevlax” – “Zaqatala” 3:0
Qollar: İ.Əliyev, 9,22. E.Mustafayev, 45+3.
Yevlax şəhər stadionu.