
Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək "Araz-Naxçıvan" yeni transfer reallaşdırıb.
Bunu Fanat.Az-a klubun yeni prezidenti Mahmud Sadıqov bildirib.
Klub funksioneri ötən mövsüm "Neftçi"də çıxış etmiş Yaqo Henrike ilə anlaşdıqlarını bildirib. Braziliyalı hücumçu ilə 1 illik müqavilə imzalanıb. O, oktyabrın 1-də yeni klubunun düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” artıq qitə çempionatının hazırlığına başlayıb. Komanda hələlik yerli futzalçılarla məşq edir.
Oktyabrın 27-dən 30-dək Polşada keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsində təmsilçimizin rəqibləri meydan sahibi “Piast”, həmçinin “Buba Mara” (Bosniya və Herseqovina) və “Uypest” (Macarıstan) komandaları olacaq.
Mirağa