
"Atletiko Madrid" La Liqanın 7-ci turunda komandaların oyunundan sonra "Real Madrid"in hakimliklə bağlı şikayətlərinə sərt reaksiya bildirib.
Fanat.Az xəbər verir ki, derbidən 2:1 qalib ayrılan "hindular" sosial şəbəkə hesabında paylaşım edərək "kral klubu"nun mövqeyini "baltalayıblar":
"Keçilməyən qırmızı xətlər var, onlar bunu yenidən keçiblər. Hörmətsizliyə imkan verə bilmərik. Onlar növbəti derbini indidən öz xeyirlərinə çevirmək, hakimlərə təzyiq göstərmək istəyirlər. İstədikləri yeganə təyinat da Mejia Daviladır (Davila 2009-cu ildə "Real Madrid"də çalışan keçmiş La Liqa hakimidir).
"Real Madrid"in faydalandığı bütün səhvləri çap etməyi düşündük. Amma o zaman meşədə ağac qalmazdı - ekoloji səbəblərə görə bunu edə bilmərik".
Xatırladaq ki, sözügedən oyundan sonra "Real Madrid"in baş məşqçisi Joze Mourinyu mətbuat konfransına qayda pozuntularının çap olunmuş görüntülərini gətirib. Portuqaliyalı həmçinin hakim Migel Anxel Ortis Ariasın idarəçiliyini tənqid edib. Hakimliyə qarşı tənqidlər "Real Madrid"in klub televiziyasında da yayımlanıb.
Mirağa