
Futbol üzrə Azərbaycan milli komandasının yoldaşlıq və UEFA Millətlər Liqasında keçirəcəyi iki oyunun biletləri bu gün satışa çıxarılıb.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Yığma sentyabrın 23-də, saat 20:00-da Bakıdakı "8-ci kilometr" stadionunda Tacikistanla yoldaşlıq görüşündə qarşılaşacaq.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv UEFA Millətlər Liqasında oktyabrın 1-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyn, oktyabrın 4-də, saat 17:00-da isə "8-ci kilometr" stadionunda Litva millisi ilə üz-üzə gələcək.
Qarşılaşmaların biletləri iticket.az platforması vasitəsilə satışa təqdim olunur.