14:37 18.11.2020 1135

Millimizin müdafiəçisi: "Penalti qol olsaydı, özümü günahkar sayardım"

"Lüksemburqla sonuncu matçda bizim və rəqibin qol imkanları oldu. Amma yararlana bilmədik. Heç-heçəni ədalətli nəticə hesab edirəm".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan yığmasının futbolçusu Şəhriyar Əliyev UEFA Millətlər Liqasının VI turunda səfərdə Lüksemburqla qolsuz heç-heçə etdikləri görüş barədə danışarkən deyib.

28 yaşlı müdafiəçi bildirib ki, noyabrdakı hər üç oyuna yaxşı hazırlaşıblar: "Çalışırdıq ki, maksimum nəticə əldə edək. Yoldaşlıq görüşü və qrup oyunlarında nəticəmizin yaxşı olmasını istəyirdik. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirmək və səhvlərimizi düzəltmək, get-gedə oyun keyfiyyətlərimizi artırmaq niyyətindəyik".

Millidə rəsmi debüt matçını səfərdə Lüksemburqa qarşı keçirmiş "Keşlə"nin futbolçusu "İlk oyunun çox çətin alınacağını bilirdim. Özümü yaxşı tərəfdən göstərməyə çalışdım. Millinin formasını geyinmək həqiqətən şərəfdir" söyləyib.

Əliyev bu görüşün ilk hissəsinin sonlarında penaltiyə səbəbkar olmasını isə həyəcanla əlaqələndirib: "Oyuna tez daxil oldum. Həmin vaxt emosiyalarıma sahib ola bilmədim. Topa oynamaq istəyirdim, lakin rəqib məndən tez hərəkət etdi. Qol buraxsaydıq, özümü günahkar hesab edərdim. Hər kəs dünən əziyyət çəkmişdi. Qapıçımız Şahruddin Məhəmmədəliyev bizi qoldan xilas etdi və futbolçulara inam gəldi".

Müdafiəçi yığma komandanın qrupu 6 oyundan 6 xalla 3-cü pillədə başa vurmasına da münasibət bildirib: "Qarşımıza məqsəd qoyulmuşdu ki, maksimum nəticə qazanaq və qrupdan növbəti mərhələyə yüksələk. Rəqiblərimiz də güclü idi. Baş məşqçi deyirdi ki, hər oyuna qələbə üçün çıxaq. Qrupu üçüncü pillədə bitirməyə də bilərdik. Kiprlə heç-heçə etdiyimiz oyunda qol imkanlarımız daha çox oldu. Lüksemburqa Bakıda uduzmamalı idik. Rəqiblərimiz də zəif deyildi".
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

12 İyun 2026
15:50

"Mançester Siti"nin sabiq oyunçusu Rusiya klubunda oynayacaq - RƏSMİ

15:32

Azərbaycan kanoeçisi Avropa çempionatında qızıl medal qazandı

15:14

"Liverpul" məşhur niderlandlı ilə vidalaşdı

14:56

Mahmud Qurbanov Premyer Liqa klubunun təklifini geri çevirdi

14:38

Çexiya uduzduğu oyunda 20 illik həsrətə son qoydu

14:20

"Cavid Hüseynov? Namizədlərdən biri odur, amma..." - "Araz-Naxçıvan"ın rəsmisi

13:56

PSJ vingerini bu qiymətə satır

13:32

Qvardiol "Mançester Siti" ilə danışıqları dayandırdı - Bu kluba keçir

13:13

"Sumqayıt"ın futbolçusu üçün il başa çatdı

12:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:40

Azərbaycan milli komandalarının rəqibləri bilindi

12:25

Murad Musayevin yeni klubu bilindi - RƏSMİ

12:08

Messi yenidən DÇ-nin qalibi olmaq şanslarını dəyərləndirdi

11:46

Mbappe Deşamı İtaliya millisinə getməkdən çəkindirdi - "Bu, dəhşətli olar"

11:27

"O, Braziliya prezidentindən çox təzyiqlə üzləşsə də..."

11:08

Avropa Liqası: Azərbaycan millisi Rumıniya ilə üz-üzə

10:49

Oblak karyerasını İtaliya nəhəngində davam etdirə bilər - SON DURUM

10:11

Mourinyunun ilk qurbanı bilindi - Rəhbərlikdən bu ulduzun satılmasını istədi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

DÇ-2026: Kanada Bosniya və Herseqovina ilə qarşılaşır

09:00

"Liverpul"un oyunçusu millinin heyətindən kənarlaşdırıldı - SƏBƏB

07:56

DÇ-2026: Çexiya koreyalılarla bacarmadı

02:40

Dünya çempionatları tarixində hələ belə hadisə olmamışdı

02:22

Meksika millisi hələ belə qələbə görməmişdi

01:29

Bernardu Silvanın "Real"la münasibətləri nə vaxt rəsmiləşdirəcəyi bilindi

01:03

DÇ-2026: Meksika mundiala CAR üzərində qələbə ilə başladı

11 İyun 2026
23:57

Roma Papası "Real"ın fəxri üzvü oldu

23:49

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

23:21

PSJ onun üçün 100 milyon avronu gözə aldı

22:55

"Liverpul" onu 80 milyon avroya transfer edə bilər

22:12

Levandovski əl yelləmək üçün Türkiyə nəhəngindən milyonlar istədi

21:31

Amin Seydiyev karyerasını "Zirə"də davam etdirəcək

21:03

"Lill"in fransalı vingeri "Sabah"da

20:38

DÇ-2026: Mundialın açılış matçında Meksika və CAR üz-üzə gəlir

20:13

UEFA somalili hakimə belə dəstək oldu

19:38

Azərbaycan Badminton Federasiyası RBF-ni idman ləvazimatları ilə təmin etdi

19:04

Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli oldu

18:52

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat aldı

18:07

"Qarabağ" klubunun İdarə Heyətinin iclası keçirildi

17:48

Azərbaycan millisinin hücumçusu əməliyyat edildi

Facebookdan bizi izləməyi unutmayın.
X