
Azərbaycan kanoeçisi Boqdan Kurudz Portuqaliyanın Montemor-u-Velyu şəhərində keçirilən Avropa çempionatında rəqib tanımayıb.
Fanat.Az Azərbaycan Su İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, o, Masters kateqoriyasında (35–39 yaş) qızıl medal qazanıb.
500 metr məsafəyə birnəfərlik kanoe qayığında mübarizə aparan Kurudz bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu olub.
Qeyd edək ki, Kurudz iyunun 13-də birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışacaq.