17:39 29.12.2022 752

İlin yeniyetmə idmançısı: "Məncə, ilin ən yaxşısı odur"

Güləş üzrə yeniyetmələr arasında dünya və Avropa çempionatlarının qalibi Ruzanna Məmmədova Fanat.Az-a müsahibə verib.

Azərbaycanda 2022-ci ilin ən yaxşı yeniyetmə idmançılarından biri olan 16 yaşlı güləşçi qarşıdakı ildə hədəflərindən danışıb.

- Ruzanna, səni qadın güləşində ilin əsas tapıntısı da hesab etmək olar. Uğurlu 2022-ni bir daha xatırlayaq.
- İl həqiqətən də mənim üçün çox uğurlu keçdi. Avropa, ardınca da dünya çempionu oldum. Bunlar mənim üçün sadəcə əsas hədəflərimə gedən yolda motivasiya əhəmiyyəti kəsb edir. 

- Əsas hədəflər deyərkən?
- Mənim hazırda əsas hədəfim Paris-2024 Olimpiadasıdır. Ora lisenziya qazanmağa çalışacağam.

- Yaşın növbəti ildə hələ yenə yeniyetmələrin yarışına qatılmağa da imkan verir. Belə çıxır ki, həm yeniyetmələr, həm gənclər, həm də böyüklər arasında mübarizə aparacaqsan?
- Bəli. Növbəti ilin təqvimi mənim üçün çox sıx olacaq.

- Böyüklər arasında yarışa özünü nə dərəcədə hazır sayırsan?
- İstər yığma üzvləri ilə, istər də ölkəmizə təlim-məşq toplanışına gələn xarici ölkə təmsilçiləri ilə özümü sınamışam. Hiss edirəm ki, güləşim alınır.

-  Növbəti ildə səni ilk hansı turnirdə görə biləcəyik?
- Xorvatiyanın paytaxtı Zaqrebdə reytinq turniri olacaq. Məqçilər məni ilk orada sınaqdan keçirəcək. Özümü yaxşı tərəfdən göstərə bilsəm, Türkiyədə ənənəvi Yaşar Doğu turnirində də etimad göstərəcəklər. Ardınca da yeniyetmə və gənclərin yarışları olacaq.

- Çəkisalmada çətinlik çəkdiyini demişdin. Yəqin ki, yeni çəkiyə keçəcəksən.
- Bəli. Builki yarışlara 7 kilo çəki salırdım. Ya 55, ya da 57 kiloqramda güləşəcəyəm. Olimpiya çəkisi olduğundan 57 kilo daha yaxşı olar, məncə. 

- Səncə, bu il ölkədə ilin idmançısı adına kim daha çox layiq idi?
- Mariya Stadnik.

- Amma o, bu il sadəcə İslam Oyunlarında iştirak edib qızıl medal qazanıb.
- Mənim üçün bütün illərin ən yaxşısı odur (gülür). Kumirimdir.

- Demək olar, bütün sorğularda Eldəniz Əzizli seçilib. Layiq deyildi?
- Hə, siz ümumiyyətlə nəzərdə tutursunuz? Elə isə doğru seçimdir. Məncə də ən yaxşı odur.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

Facebookdan bizi izləməyi unutmayın.
X