Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyada keçirilən turnirdə çıxışını davam etdirir.
Fanat.Az xəbər verir ki, 30 yaşlı qrossmeyster "Staufer-Open" adlanan turnirin startında qazandığı iki qələbədən sonra üçüncü turda heç-heçə oynayıb.
Beləliklə, xalını 2,5-ə çatdıran Səfərli liderin izləyiciləri arasında yer alıb. Birinci yeri maksimum nəticə ilə ev sahibi Roven Vogel tutur.