Azərbaycan şahmatçısı Günay Məmmədzadə yanvarın 7-8-də Çinin Sian şəhərində keçiriləcək “The Belt and Road 2023 to World Chess Woman’s Summit” turnirində iştirak edəcək.
Fanat.Az xəbər verir ki, yarış dairəvi sistem üzrə sürətli formatda keçiriləcək. Turnirdə ümumilikdə 12 şahmatçı çıxış edəcək.
Yarışda Məmmədzadə ilə yanaşı, Bela Xotenaşvili (Gürcüstan), Antuanetta Stefanova (Bolqarıstan), Bibisara Assaubayeva (Qazaxıstan), Marsel Efroimski (İsrail), Monika Soçko (Polşa), Qi Quo, Ni Şiqun, Jao Mo, Ninq Kayu, Xiao Yu , Li Xue (hamısı Çin) mübarizə aparacaq.