Misirin paytaxtı Qahirədə karate üzrə Premyer Liqa turnirinə start verilib.
Fanat.Az xəbər verir ki, ilk günün yekunlarına əsasən, üç Azərbaycan karateçisi medallar uğrunda mübarizə aparmaq hüququ əldə edib.
Mədinə Sadıqova (55 kq), Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq) və Fərid Ağayev (75 kq) bürünc uğrunda döyüşəcək.
Medallar uğrunda həlledici döyüşlər yanvarın 29-da baş tutacaq.
Qeyd edək ki, Premyer Liqa turnirində 58 ölkədən 382 idmançı iştirak edir.