Bu gün Krakovda keçirilən Avropa Oyunlarında karate yarışları başlayır.
Fanat.Az xəbər verir ki, turnirin ilk günündə Azərbaycan millisinin dörd idmançısı çıxış edəcək.
Əminağa Quliyev (60 kq) qrup mərhələsində Kristos Stefanos (Yunanıstan), Eray Şamdan (Türkiyə) və Arkadiuş Kvasnevski (Polşa) ilə döyüşəcək.
Tural Ağalarzadə (67 kq) Martial Tadissi (Macarıstan), Noa Pisino (İsveçrə) və Dionysios Xenos (Yunanıstan) ilə qarşılaşacaq.
Fidan Teymurova (50 kq) Erminia Perfetto (İtaliya), Shara Heibrich (Almaniya) və Serap Özçelik (Türkiyə) ilə qarşılaşacaq.
Mədinə Sadıxova (55 kq) isə İvet Goranova (Bolqarıstan), Mariya Kerner (Polşa) və Cennifer Uorlinq (Lüksemburq) ilə tatami üzərinə çıxacaq.