Azərbaycanın tanınmış karateçisi, İslamiadanın və builki Avropa çempionatının gümüş medalçısı Fəridə Əliyeva (+68 kq) dünya çempionatına qatılmamasının səbəbini və sonuncu Azərbaycan çempionatındakı qələbəsini Fanat.Az-a şərh edib.
"Formada olmadığıma görə dünya çempionatına getməkdən imtina etdim. Səhhətim ilə əlaqədar məşqləri tam edə bilməsəm də, fiziki məşqlərimdən qalmırdım. 1-3 dekabr tarixlərində keçirilmiş respublika çempionatına yaxşı hazırlaşmışdım. Çempion oldum. Qarşıdan gələn yarışlara da hazırlaşıram. İdmanda uzaqlaşmaq fikrində deyiləm", - deyə 26 yaşlı idmançı bildirib.
Qeyd edək ki, Budapeştdə keçirilən dünya çempionatında Azərbaycan yığması 1 qızıl medal qazanıb (İrina Zaratska, 68 kq).