Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan yığmasının yunan-Roma güləşçiləri 5 medal qazana bilər.
Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) final görüşlərini keçirəcək. Həsən Məmmədli (67 kq) və İsmayıl Rzayev (82 kq) isə bürünc medal qazana bilər.
Qeyd edək ki, daha əvvəl "klassiklər"dən Xasay Həsənli (77 kq) yarışın gümüş medalına yiyələnib.