Qvadalaxarada (İspaniya) karate üzrə Avropa çempionatı başa çatıb.
Fanat.Az xəbər verir ki, yarışın yekunlarına görə Azərbaycan komanda hesabında Xorvatiya ilə 9-10-cu yerləri bölüşüb. Hər iki milli 4 (2 gümüş, 2 bürünc) mükafat qazanıb.
İlk üç yeri, müvafiq olaraq, Almaniya (4-0-2), İtaliya (3-2-6) və Ukrayna (3-1-0) tutub.
Xatırladaq ki, İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) gümüş, Tural Ağalarzadə (67 kq) və Fərid Ağayev (75 kq) isə bürünc medal əldə ediblər.