21:23 01.04.2023 434

Millimiz Bakıdakı turnirdə 17 medal qazandı

Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirə yekun vurulub.

Fanat.Az xəbər verir ki, Boks Mərkəzində keçirilən yarışda 11 ölkənin 100-dən artıq idmançısı qüvvəsini sınayıb. 5 gün davam edən yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.

Azərbaycan millisi turniri 17 medalla başa vurub. Vaqif Kazımovun baş məşqçisi olduğu komandanın heyətində Bilal Nəzərov, Zidan Hümbətov və Sübhan Babayev çempion tituluna yiyələnib. Yalnız finalda uduzan Elbrus Kərimli ikinci yerlə kifayətlənib.

Digər boksçularımızdan Ucal Musayev (Azərbaycan), Faiq Mollayev (Azərbaycan), Eldar Abdullazadə (Azərbaycan), Azad Cavadzadə (Azərbaycan), Vaqif Hacıyev (Azərbaycan), Mirhəsən İbrahimov (Azərbaycan), Abbasqulu Şadlinski (Azərbaycan), Rüstəm Neymətov (Azərbaycan), Rövşən Abbasov (Azərbaycan), Rza Rzayev (Azərbaycan), Mircəlal Mirağayev (Azərbaycan), Fuad Babayev (Azərbaycan) və Məhəmməd Cəfərov (Azərbaycan) isə bürünc mükafat qazanıblar.

Beləliklə, Azərbaycan yığması turniri 3 qızıl, 1 gümüş və 13 bürünc medalla bitirib.

Yarışda komanda hesabında Rusiya 34 xalla (4 qızıl, 3 gümüş, 3 bürünc) birinci yeri tutub və Heydər Əliyev kubokuna sahib olub. İkinci pilləyə Qazaxıstan (33 xal, 3-3-5) yiyələndiyi halda, “üçlüy”ü Azərbaycan (32 xal, 3-1-13) qapayıb.

Birincilikdə ən texnikalı boksçu adına Behruz Kurbonov (Özbəkistan), ən əzmkar boksçu adına Daniyar Akbısenov (Qazaxıstan) layiq görülüb. Məsməxanım Səlimova (Azərbaycan) ən yaxşı hakim adına sahib olub.

Müsabiqədən kənar keçirilən 44 kq çəki dərəcəsində isə 2 Azərbaycan boksçusu üz-üzə gəlib. Məhəmmədəli Məmmədliyə qalib gələn Əli Məmmədov birinci olub. Bürünc medallar Umar Madaminov (Qırğızıstan) və Səid Aslanzadəyə qismət olub.

Finallar
46 kq

Behruz Kurbonov (Özbəkistan) – Bilal Nəzərov (Azərbaycan) – 0:5

48 kq
Aleksandr Vakulenko (İsrail) – Zidan Hümbətov (Azərbaycan) – 0:5

50 kq
Sübhan Babayev (Azərbaycan) – Arseni Jiltsov (Rusiya) – 5:0

52 kq
Yerjan İsteleyov (Qazaxıstan) – İbrohim Qiyosov (Özbəkistan) – 5:0

54 kq
Elbrus Kərimli (Azərbaycan) – Pavel Kondraşov (Rusiya) – 0:5

57 kq
Pahlavonjon İbrohimov (Özbəkistan) – Platon Kozlov (Rusiya) – 3:2

60 kq
Sardorbek Saidakbarov (Özbəkistan) – Firuzcon Sadullayev (Özbəkistan) – 0:5

63 kq
Taqir Satayev (Qazaxıstan) – İqor Solovyev (Qazaxıstan) – 5:0

66 kq
Timofey Tenyayev (Rusiya) – Bekaris Nurmuxan (Qazaxıstan) – 3:2

70 kq
Jassullan Berdali (Qazaxıstan) – Muhammadsaid Qulomov (Özbəkistan) – 3:2

75 kq
Davit Mxetsadze (Gürcüstan) – Rüstəm Həsənov (Rusiya) – 2:3

80 kq
Bayramxan Aşurov (Rusiya) – Andrey Rumyansev (Belarus) – 2:3

+80 kq
Yan Boqdanov (Rusiya) – Bexultan Kayratuli (Qazaxıstan) – birinci tam üstünlüklə qalib gəlib

Bütün mükafatçılar
46 kq

Bilal Nəzərov (Azərbaycan)
Behruz Kurbonov (Özbəkistan)
Andrey Kotusov (Rusiya)
Ucal Musayev (Azərbaycan)

48 kq

Zidan Hümbətov (Azərbaycan)
Aleksandr Vakulenko (İsrail)
Maksim Çapliqin (Rusiya)

50 kq

Sübhan Babayev (Azərbaycan)
Arseni Jiltsov (Rusiya)
Ramazan Orinbassar (Qazaxıstan)
Şohjaxon Qahramanov (Özbəkistan)

52 kq

Yerjan İsteleyov (Qazaxıstan)
İbrohim Qiyosov (Özbəkistan)
Eldar Abdullazadə (Azərbaycan)
Faiq Mollayev (Azərbaycan)

54 kq

Pavel Kondraşov (Rusiya)
Elbrus Kərimli (Azərbaycan)
Alixan Mairambekov (Qırğızıstan)
Azad Cavadzadə (Azərbaycan)

57 kq

Pahlavonjon İbrohimov (Özbəkistan)
Platon Kozlov (Rusiya)
Muhit Nurkabil (Qazaxıstan)
Vaqif Hacıyev (Azərbaycan)

60 kq

Firuzcon Sadullayev (Özbəkistan)
Sardorbek Saidakbarov (Özbəkistan)
Muhammed Alimbekov (Qırğızıstan)
Mirhəsən İbrahimov (Azərbaycan)

63 kq

Taqir Satayev (Qazaxıstan)
İqor Solovyev (Qazaxıstan)
Asker Xuaniş (Qazaxıstan)
Abbasqulu Şadlinski (Azərbaycan)

66 kq

Timofey Tenyayev (Rusiya)
Bekaris Nurmuxan (Qazaxıstan)
Rüstəm Neymətov (Azərbaycan)
Rövşən Abbasov (Azərbaycan)

70 kq

Jassullan Berdali (Qazaxıstan)
Muhammadsaid Qulomov (Özbəkistan)
Rza Rzayev (Azərbaycan)
Ahmet Aydamirov (Rusiya)

75 kq

Rüstəm Həsənov (Rusiya)
Davit Mxetsadze (Gürcüstan)
Mircəlal Mirağayev (Azərbaycan)
Bakitjan Ayitmuxanov (Qazaxıstan)

80 kq

Andrey Rumyansev (Belarus)
Bayramxan Aşurov (Rusiya)
Aniyat Tilevjan (Qazaxıstan)
Fuad Babayev (Azərbaycan)

+80 kq

Yan Boqdanov (Rusiya)
Bexultan Kayratuli (Qazaxıstan)
Məhəmməd Cəfərov (Azərbaycan)
Stanislav Jilianin (Belarus)

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

18 İyun 2026
23:52

Çexiya və CAR oyununun ən yaxşısı seçildi

23:30

"Futbolçularımın əzmkarlığı öz bəhrəsini verdi" - Huqo Broos

23:15

"Qrupdan çıxmaq şansımız hələ bitməyib" - Miroslav Koubek

22:34

Azərbaycanın kamandan oxatanı IV Avropa Oyunlarında iştirak üçün kvota qazanıb

22:06

Avropa Kubokunda Azərbaycanı 13 cüdoçu təmsil edəcək

21:41

DÇ-2026: Meksika Cənubi Koreya ilə üz-üzə

21:04

Azərbaycanın ən bahalı futbolçuları bəlli oldu

20:40

İtaliya nəhəngi 21 yaşlı futbolçunun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

20:16

Tuxeldən FİFA-ya sərt reaksiya: "Yalvarıram, onların yerini dəyişin"

19:41

Vedat Muriqi İstanbula gəlir

19:10

Olise üçün 200 milyondan çox büdcə ayrıldı

18:56

"Zirə"nin yay hazırlıq planı bəlli olub

18:14

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

17:49

"Araz-Naxçıvan"da daha bir müqavilə - RƏSMİ

17:32

Paraüzgüçülük üzrə ilk Azərbaycan çempionatı keçirildi

17:10

"Qarabağ" "Zirə" ilə sınaq matçına çıxacaq

16:58

Kannavaro DÇ-lər tarixində 4-cü belə məşqçidir

16:40

Dünya çempionatları tarixində ikinci dəfə

16:22

Özbək yarımmüdafiəçi DÇ-də maraqlı rekord reallaşdırdı

16:04

Cahangir Fərəcullayev UEFA-da komitə üzvü təyin edildi

15:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:46

Rahid Əmirquliyev "Şahdağ Qusar"dan ayrıldı

15:27

"Fənərbağça"nın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ

15:08

"Şəfa"dan ayrılan futbolçunun yeni klubu bilindi

14:50

Tçuameni Kilian Mbappeni yox, onu Fransa yığmasının lideri sayır - AÇIQLAMA

14:31

Bakı klubu daha 3 futbolçu ilə vidalaşdığını açıqladı

14:12

"İmişli"də yeni təyinatlar - Təsdiqləndi

13:53

"Real Madrid" Kukurelya və Silvanın ardından daha bir ulduzu heyətinə qatdı - RƏSMİ

13:35

"Səbail"dən baş məşqçi qərarı - RƏSMİ

13:17

"Bu emosiyaları necə təsvir edəcəyimi bilmirəm" - Semenyo qələbəni dəyərləndirdi

12:58

"İmişli"nin növbəti mövsüm Qubada oynamayacağı dəqiqləşdi - AÇIQLAMA

12:36

İngiltərə nəhəngi ispaniyalı futbolçu ilə anlaşdı - Bu keçiddən La Liqanın 2 klubu qazanacaq

12:10

Bellinqem Podolskinin rekordunu qırdı

11:49

Dünya Seriyasında iştirak edəcək güləşçilərin adları bilindi

11:32

"Real Madrid" argentinalı ulduzla anlaşdı - SON DURUM

11:10

Azərbaycan taekvandoçuları Avropa çempionatında birinci yeri tutdular

10:34

DÇ-2026: Okeanın o tayındakı məhsuldarlıq göz oxşayır - İlk turun statistikası

10:09

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

DÇ-2026: Mundialda 2-ci tur başlayır

09:25

"Qalatasaray" "Yuventus"un ulduzuna elçi düşdü - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X