13:03 27.05.2023 458

Gimnastlardan DÇ və Olimpiadada nə gözləyək? - AGF-nin baş katibi cavablandırır

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadənin Fanat.Az-a müsahibəsi

- Nurlana xanım, ötən həftə Bakı daha bir məsul yarışa - bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi etdi. Yarışın təşkili barədə məlumat verərsiniz. 
- Bakıdakı qitə çempionatı uğurla təşkil olundu. Artıq beşinci dəfə idi ki, bədii gimnastika üzrə Avropa çempionatı ölkəmizdə keçirilirdi. AGF bu cür yarışların təşkilində böyük təcrübəyə malikdir. Bu təcrübə də öz nəticəsini göstərir. Bütün iştirakçı ölkələr yarışlardan çox razıdırlar. 

Budəfəki Avropa çempionatı zalın tərtibatı ilə fərqlənirdi. Çempionat üçün "Ulduz kimi parla" şüarı düşünülmüşdü. Zalın tərtibatı və digər təşkilati məsələləri bu şüara uyğunlaşdırmağa çalışdıq. 

- Avropa çempionatının nəticələrini necə qiymətləndirirsiniz?
- Nəticələr çox sevindiricidir. İlk Avropa çempionatı idi ki, bədii gimnastlarımız beş medal qazandı. Gənclərdən ibarət qrup hərəkətləri komandamız 2009-cu ildən etibarən hər Avropa çempionatından vətənə medalla qayıdırlar. Lakin ilk dəfə idi ki, bu yarışda bir deyil, iki medala yiyələndilər. Zöhrə Ağamirovaya gəldikdə, o, kifayət qədər təcrübəli gimnastdır. Tokio Olimpiadasının iştirakçısı, Universiadanın mükafatçısı, İslamiadanın qalibidir. Əlbəttə, biz ondan Avropa çempionatında medal gözləyirdik. Zöhrə bizim ümidlərimizi doğrultdu. Bu, onun idman karyerasında Avropa çempionatının ilk medalı idi. Qrup hərəkətləri komandamız ötənilki Avropa çempionatında üç bürünc medala layiq görülmüşdü. Daha sonra isə komandamız ötən il sentyabrda təşkil olunan mundialda ilk dəfə dünya çempionatında bürünc medal qazanmışdı. Onların bu gün artıq Avropa çempionu olması Azərbaycanda bədii gimnastikanın inkişaf səviyyəsindən xəbər verir. 

- Bu yarışda həm qrup hərəkətləri komandası tarixdə ilk dəfə qızıl medal qazandı, həm də fərdi yarışda ilk dəfə Azərbaycan gimnastika məktəbinin yetirməsi medala sahib çıxdı. Eyni uğurları qarşıdakı dünya çempionatında da gözləməyə dəyərmi?
- Qeyd etdiyim kimi, doğma divarlar arasında keçirilən Avropa çempionatında biz həm Zöhrədən, həm də qrup hərəkətləri komandasından medal gözləyirdik. Onların dünya çempionatında hansı nəticəni göstərəcəyini demək çətindir. Bu, idmandır. Düzdür, təqdim etdiyi kompozisiyadan gimnastın çıxışı barədə müəyyən təəssürat yaranır, lakin son ana - monitorda xalı görməyənədək heç nəyi bilmək olmur. Biz inanırıq ki, bu Avropa çempionatının nəticələri gimnastlarımızı daha da ruhlandıracaq, onlar İspaniyada keçiriləcək dünya çempionatında layiqli çıxışlar nümayiş etdirəcəklər. 

- Olimpiadaya bir ildən bir qədər artıq zaman qalıb. AGF-nin Paris-2024-lə bağlı hədəfləri nədir? 
- Bizim bədii gimnastlarımız son beş Olimpiya Oyunlarında iştirak ediblər. Bundan başqa, kişi idman gimnastlarımız son üç Olimpiadaya qatılıblar. Son Olimpiya Oyunlarında isə ilk dəfə qadın idman gimnastikasında təmsil olunduq.  Gimnastikanın dörd növü Olimpiadanın proqramına daxildir, onların üçündə təmsil olunmuşuq. Biz ümid edirik ki, bu dəfə ölkəmizdə 2013-cü ildən inkişaf etdirilməyə başlayan batut gimnastikasında da lisenziyaya yiyələnəcəyik.

- Nəhayət, medal mümkündürmü?
- Söylədiyim kimi, idmanda medalı proqnozlaşdırmaq çətindir. Bugünkü nailiyyətlərə əsaslanaraq təbii ki, gözləntilərimiz də artır. Başa çatan Avropa çempionatını, dünya çempionatı və digər yarışları Olimpiadaya hazırlıq prosesi kimi də qiymətləndirmək olar. Nəticələr əsas verir ki, biz daha çox şey gözləyək. Ümid edirik ki, idmançılarımız ölkəmizi Olimpiadada layiqincə təmsil edəcəklər.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
18:50

Bayılda 3-cü, Masazırda 2-ci qol, "Zirə" də qalib gəlir - YENİLƏNİR

18:26

Aleks de Souza Super Liqa klubunda

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X