"Olimpik Marsel"in baş məşqçisi Cennaro Qattuzo Avropa Liqasının son turunda səfərdə "Brayton"a qarşı keçirdikləri oyunu (0:1) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Get French Football News" italiyalı mütəxəssisin dediklərini belə çatdırıb:
"Bizi nə gözlədiyini bilirdik. Belə deyək, "Brayton" bu qələbəni oğurlamadı. Onların güclü tərəfləri barədə məlumatlıydıq. Düşünürəm ki, daha yaxşı oynaya bilərdik. Biz qapıçının oyununa çox köklənmişdik. Matçın son dəqiqələrində uduzmaq həmişə ağırdır, amma "Brayton" qələbəyə layiq idi".
Qeyd edək ki, qrupda “Brayton” 13, “Olimpik Marsel” 11 xal toplayaraq pley-offa vəsiqə qazanıb.