Türkiyə Super Liqasının V turunda keçirilən "Beşiktaş" - "Qalatasaray" matçında baş verənlər Türkiyə Gənclər və İdman Nazirliyininin sükutunu pozub. Fanat.az xəbər verir ki, qardaş ölkənin dövlət qurumunun rəhbəri Suat Kılıç bir sıra açıqlamalar verib.
Mətbuata açıqlama verən Kılış stadionlarda klubların xüsusi mühafizəsi əvəzinə polis əməkdaşlarının olmasının lazımlığını bildirib. Derbi zamanı baş verənlərdə klub mühafizəsinin aciz olduğunu görən rəsmilər Türkiyə Daxili İşlər Nazirliyinin 10 minə yaxın əməkdaşına stadionlara cəlb edəcək.
Qeyd edək ki, Peşəkar Futbol Liqası da bir müddət əvvəl klub mühafizəsinin stadiona girməsinə qadağa qoyub.