Türkiyədə təşkil olunmuş Egey kubokunda qrup mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, yarışda iştirak edən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Türkiyə komandası ilə qarşılaşıb.
Görüş 6:0 hesabı ilə Türkiyə yığmasının xeyrinə başa çatıb.
Qeyd edək ki, millimiz bunadək Albaniyanı 1:0 hesabı ilə yenib və Kosovoya 0:2 hesabı ilə uduzub.
Fanat.Az