13:58 07.07.2020 3222

AFFA-dan kreativ addım: Biz hazırıq!

Nihat Ağasoy 

Hər şey yaxşıdı. Yaxşı ki, ölkəmizi avrokuboklarda təmsil edəcək komandaların Qəbələdə məşq etməsinə, yoldaşlıq oyunları keçirməsinə icazə verdilər... Əla turnir idi. Sonra da bəyənmirik, bizimkilər işləmək istəyəndə işləyir axı.

Əslində daha erkən də başlamaq olardı. Amma bu kreativ ideyanı o qədər də gec olmadan həyata keçirmək alqışalayiqdi. Zarafat deyil, "yuxarılar"ı razı salmaq üçün əməlli-başlı döyüşdülər. Elə Məmmədov da "malades", həyatında ilk dəfə özünü futbol ictimaiyyətinin sözünü deyən adam kimi apardı...

Sabah "Qarabağ" Çempionlar Liqasındakı rəqibini tanıyacaq, o biri gün Avroliqa yolçuları. Komandalarımız futbol başbilənlərinin cəsarəti sayəsində çətin durumdan çıxış yolu tapdı.Bundan sonra baş məşqçilər də uğursuzluqları sadə bəhanə ilə ört-basdır etməz. Lənət şeytana, uğursuzluq niyə? Alnımıza yazılıb məgər?  

Avropa "səyyahlar"ı gözləniləndən də yaxşı hazırlaşdı. Həm istədikləri legionerlər gəldi çıxdı, həm də Azərbaycanın futbol başbilənlərinin ortaya qoyduğu iradə komandaların döyüş ruhunu arzulanan səviyyəyə qaldırdı.

Dayandırılan çempionatın əbədi xatirəsinə sayğı olaraq birdəqiqəlik sükutla başlayan "Qəbələ", getmə belə" turnirinin təşkili qəribə başlayan 2020-nin ən yaddaqalan olaylarından oldu. Lənət şeytana, bu nə ad idi seçmişdilər? Bu nə dayaz romantikadı, bu nə bayağı improvizasiyadı belə... Addan bir az Üzeyir Mehdizadə yaradıcılığı, bir az da keşniş-şüyüd qoxusu gəlmirmi? Hər halda, PFL-i yaxına buraxsaydılar, hər şey fərqli alınardı. 

Nə isə... Birini qoyub o birini başlamayaq.

Əsas odu ki, bizim futbol başbilənləri varkən yox olmadıqlarını isbatladılar. Döyüşdülər və Azərbaycanın pandemiya ilə mübarizə apardığı qarışıq dönəmdə avrokubok iştirakçılarının xüsusi icazə almasına nail oldular. Şükürlər olsun ki, Qəbələdəki komandaların heç birində virus simptomları aşkarlanmadı. Etiraf da yaxşı şeydi. Kimin ağlına gələrdi ki, AFFA-nın icraçı vitse-prezidenti bütün dövlət qurumlarına şəxsən baş vurar, ölkə prezidentinə 500 imza ilə məktub yazdırar? Deyirlər, son vaxtlar yaman əl-ayağa düşüb, özünün işbilən kadr olduğunu göstərmək naminə sutkanın 16 saatını işə həsr edir. Bəlkə də boş-boş söhbətlərdi, yuxarıda toxunduğum ad məsəsləsini kənara qoysaq, adam turnirin təşkiliylə bağlı az iş görmədi. Hələ marketinq məharətini bomba kimi partlatmasına göz yummaq qərəz olar. İki milyon manat reklam gəliri indiki durumda istedad fışqırtısı deyilsə, nədi?    

Uzağı həftəsonuna pandemiya ilə müharibədə qalib gəldiyimiz də açıqlanacaq, AFFA-dakı futbol başbilənlərinin cəsarətindən güc alan komandalarımız bir qədər də həvəslənəcək. Gözəl seyirlər. Bu il futbol bambaşqa olacaq.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyul 2026
21:08

ÇL: "Sabah" Finlandiya çempionunu yenir - YENİLƏNİR

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

15:30

"Şəfa" klubu kanadalı futbolçunu heyətinə qatdı

15:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:12

Nuri Şahin "Fənərbağça" naminə "qolunu çırmaladı"

14:54

KL: 2-ci mərhələyə 3 oyunla start verilir

14:36

"İmişli" "Qarabağ"ın əvəzedicilərinə "5" verdi

14:18

Modriç yeni müqaviləyə hazırlaşır

14:00

"Qəbələ" nigeriyalı futbolçu ilə razılığa gəldi

13:42

Arif Əsədov "Sabah" - "KuPS" oyunu ilə bağlı iddialı proqnoz verdi

13:24

"Zirə" "Xəzər Lənkəran"la "İnter"in ənənəsini davam etdirə bilər

13:05

ÇSKA ilə AL matçına hazırlaşan "Qarabağ"ın heyəti ilə bağlı son vəziyyət bəlli oldu

12:47

"Beşiktaş"ın Trossard istəyi reallaşmadı

12:29

Minsk "Dinamo"su ilə oyun ərəfəsində "Neftçi"də üzlər gülür

12:11

Toral Bayramov son matçda nə ilə yadda qaldı?

11:53

Qurban Qurbanov media nümayəndələri ilə görüşəcək

11:35

"Turan Tovuz" daha bir trasnferini açıqladı

11:17

"Neftçi" tilsimi qıra biləcəkmi?

10:59

Messi karyerasını bitirir - SON DURUM

10:41

"Araz-Naxçıvan" Bruno Frankonun müqaviləsinin müddətini uzadıb

10:23

ÇL: "Fənərbağça" mübarizəyə başlayır

10:04

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:45

Belçika millisi Rudi Qarsiya ilə bağlı qərarını verdi

09:23

ÇL: "Sabah" Finlandiya çempionu ilə qarşılaşır

09:00

Musa Qurbanlının son vəziyyəti nə yerdədir?

03:37

"Neftçi" - "Dinamo" oyununa neçə bilet satıldığı açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X