23:02 11.08.2020 766

"Azərbaycanda futbol mənim oynadığım dövrdəki qədər güclü deyil"

"Neftçi” və "İnter”in (indiki "Keşlə”) sabiq futbolçusu Slavço Georgiyevski Şimali Makedoniya mətbuatına müsahibə verib.
 
Fanat.Az xəbər verir ki, "sportmedia.mk” saytına danışan yarımümdafiəçi Şimali Makedoniya klublarının Azərbaycan təmsilçiləri qarşısındakı şansları haqda bunları deyib:
 
- Slavço, Azərbaycanda "Neftçi” və "İnter”in formasını geyinmisiz. Klublarımızın avrokuboklarda bu ölkənin təmsilçiləri önündəki şanslarını necə dəyərləndirirsiz?
- Azərbaycan futbolunda böyük dəyişikliklər var, indi orada futbol mənim oynadığım dövrdəki qədər güclü deyil. Bəzi klublar maliyyə problemləri ilə üzləşdiyindən müflis elan olunub. Hətta heyətində çıxış etdiyim "Neftçi” və "İnter” də problem yaşadı. İllərlə böyük maliyyə dayağına malik olan "Xəzər Lənkəran” da hazırda yoxdur.
 
- İlk olaraq "Sileks”dən başlayaq. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ”la qarşılaşacaq…
- Sözlərim səhv anlaşılmasın, "Sileks”in "Qarabağ” önündə çox şansı yoxdur. "Qarabağ” güclü heyəti, böyük büdcəsi olan, avrokuboklarda, xüsusən də, evdə stabil çıxış edən klubdur. "Sileks”in onları keçmək şansı minimumdur, çox çətin olacaq… "Qarabağ” yaxşı heyətə malikdir. Əksər futbolçular milli üzvləridir və güclü əcnəbiləri var.
 
- Həm "Neftçi”, həm də "Şkupi”də çıxış etmisiz. Bu komandaların dueli barədə nə deyə bilərsiz?
- Bəli, 2005-ci ildə "Şkupi”də, 2010-2012-ci illərdə "Neftçi”də oynamışam, iki titul qazanmışam. Bu cütlükdə yaxşı mübarizə olacaq. "Şkupi”nin "Şkendiya” ilə oyununu seyr etdim, komanda xoş təsir bağışladı. "Neftçi” mənim dönəmimdəki kimi deyil, amma yenə də möhkəmdir. Böyük maliyyəsi, bahalı transferləri yoxdur. Ancaq Azərbaycanın ən böyük klubudur. Mərhələ bir oyundan ibarət olduğundan ev sahibi təmsilçimizə yuxarıdan aşağı baxmayacaq. "Şkupi” Bakıdakı matçın 5 dəqiqəsindən belə, lazımınca istifadə etməlidir. Püşkatmadan dərhal sonra "Neftçi” tərəfindən mənə zəng gəldi, məlumat istədilər. Klubun idman direktoru dostumdur, "Şkupi” ilə əlaqə saxlamaq üçün kömək istədilər.
 
- "Sumqayıt” kimi bizə tanış olmayan bir komandaya - "Şkendiya”ya rəqibdir…
- "Şkendiya” bu mərhələni keçəcək. Tetovo klubunun avrokubok təcrübəsi var, Besart İbraimi, Armend Alimi, Kostadin Zahov, Eqzon Beytulai kimi oyunçulara malikdir. "Sumqayıt” Bakıda məskunlaşmayan və fikrimcə, Avropa Liqası matçlarını öz stadionunda keçirməyəcək kiçik bir klubdur. "Şkendiya”nın bu maneəni problem yaşamadan keçəcəyini düşünürəm. Ümumiyyətlə, komandalarımız hava şəraitinə, oyundan əvvəl məşqlərin vaxtına və oyun vaxtına diqqət etməlidirlər. Çünki avqustda Bakıdakı iqlim çox problem yarada bilər.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 May 2024
09:00

"Real" 16 yaşlı vunderkindin "ovuna çıxdı", "Barselona" geri çəkildi

01:10

KL: İtaliyada ilə İngiltərədə "qol yağdı"

01:03

AL: "Bayer" Romada inamlı qələbə qazandı

02 May 2024
21:40

Ceydon Sanço MY-yə yalnız bu şərtlə qayıdacaq

21:16

PSJ-nin futbolçusu Avropa çempionatını buraxacaq

20:55

"Real" Luninlə bağlı qərarını verdi

20:20

İPL: Ayın məşqçisi adına namizədlər bilindi

19:48

Stil Fransa klubunu tərk edəcək - RƏSMİ

19:18

“Prezident Kuboku 2024”: Reqatada daha medal

18:45

İPL: Ayın ən yaxşı oyunçusu mükafatına namizədlər bilindi

18:30

“Prezident Kuboku 2024”: Azərbaycanlı cütlük reqatada 3-cü oldu

18:13

Kərim Benzema "Real"ın bazasında

17:50

Yüksək Liqada mövsüm yekunlaşdı

17:29

Üç mövsüm sonra A Seriyasına qayıtdılar

16:39

"Cavab matçında azarkeş amili bizim tərəfimizdə olacaq" - Luis Enrike

16:21

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirildi

16:02

"Real" Marselonun oğlu ilə müqavilə yenilədi

15:43

"Bu, yaxşı fürsətdir" - Edin Terziç

15:26

"Əlbəttə, "Uembli"dəki finalda olmaq istəyirik" - Hummels qələbəni dəyərləndirdi

15:07

“Prezident Kuboku 2024”: Azərbaycan avarçəkəni qızıl medal qazandı

14:50

PSJ bu mövsüm belə duruma düşməmişdi

14:32

Əşrəf Hakimi "Borussiya"ya məğlubiyyətin səbəbini dedi

14:13

Almaniya Çempionlar Liqasında əlavə yer aldı

13:55

"Möhkəm olmalıyıq" - PSJ-ni məyus edən hücumçu

13:34

"Barselona" mövsümün sonunda bu futbolçunu alacaq

13:15

Ranqnik "Bayern Münhen"in baş məşqçisi olacaq? - Özü dedi

12:56

Azərbaycanın U-17 millisi Belarusla üz-üzə

12:39

Konte özünü ingilis klubuna təklif etdi

12:20

ÇL: Həftənin ən yaxşı qolu hansı olacaq?

12:02

Klublar Komitəsinin növbəti iclası keçirildi - FOTOLAR

11:47

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:29

Kənan Kərimov "İmişli" üzərində qələbəni şərh etdi: "Matçın əvvəlindən bilinirdi ki..."

11:08

"Traktor" Təbrizdə liderdən xal aldı

10:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

10:08

PSJ-ni Almaniyada belə məyus etdilər - VİDEO

09:47

Yüksək Liqada mövsümə yekun vurulur

09:25

Ronaldu "Əl-Nəsr"i finala daşıdı

09:00

PSJ "Siqnal İduna Park"ı Mbappesiz tərk etdi - SƏBƏB

00:54

ÇL: PSJ Almaniyada uduzdu

01 May 2024
22:30

Minifutbol: Millimiz beynəlxalq turnirin qalibi oldu

Facebookdan bizi izləməyi unutmayın.
X