"Keşlə" - "Laçi" (Albaniya) qarşılaşmasının başlama saatı müəyyənləşib.
Fanat.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində avqustun 27-də "Kapital Bank Arena”da keçiriləcək matçın start fiti saat 20:00-da səsləndiriləcək.
Fanat.az