18:00 13.08.2020 3047

Yunuszadənin "Neftçi"si

Nihat Ağasoy
 
Təfsilatı barədə daha geniş yazmağı uyğun saymıram. Həmin olaydan heç idman mətbuatı da vaxtında xəbər tutmamışdı. Elvin Yunuszadə paltardəyişmə otağında "Neftçi”nin braziliyalı müdafiəçisi – Karlos Kardosonu yaxşıca əzişdirmişdi. Cənubi amerikalı yekəpərin bəstəboy azərbaycanlının – Samir Məsimovun üstünə xoruzlanması əvvəllər peşəkar səviyyədə kikboksinqlə məşğul olmuş Elvinin şəstinə dəymişdi. Kardosonun sir-sifətinin hansı vəziyyətə qaldığını gözümlə görməmişdim. Amma o hadisədən sonra icraçı-direktor Elnur Məmmədovun atdığı addıma gülməyim gəlmişdi. Futbolun "f” hərfindən bixəbər olduğu halda, önəmli vəzifəyə "yapışdırılan” təkəbbürlü və naşı idarəçinin xüsusi "qəhrəmanlığı” sayəsində Yunuszadənin "torbası tikilmiş”, bir müddət sonra komandadan uzaqlaşdırılmışdı.

Futbolun yazılmamış qanunları var. Hər komandada oyunçuların çəkindiyi yerli lider olmalıdı. O vaxt Bakı təmsilçisində Məmmədov kimi utopist yox, futbol mentallığından başı çıxan idarəçi olsaydı, Elvinə kapitan sarğısı verər, hadisənin mətbuata çıxmasının da qarşısını uğurla alardı. Əslində sözügedən müdafiəçi ən düzgün olanı etmiş, qudurğan əcnəbinin gözünün odunu almaqla harda oynadığını xatırlatmışdı. "Neftçi” kimi köklü klublarda həmişə "vuran əl”ə, el diliylə desəm, sözünü deyə bilən oğlana ehtiyac var. 

Şübhəsiz, oyunçuların hamısından kamil şəxsiyyət olmağı tələb etmək absurddu. Başa düşən, sillə-təpiksiz də başa düşür. Hərçənd meydanda sərgilədiyi oyunla şəxsiyyəti uzlaşmayan gədələrin isə mütləq qorxu üzərindən hörmət etdiyi biri olmalıdı. Ən böyük komandalarda belə, bu amil mütləq nəzərə alınır.  Yaxından maraqlananlar bilirlər ki, "Real”, "Yuventus”, "Mançester Yunayted”, "Liverpul”, "Bavariya” və başqa Avropa klublarında da xarizmatik liderlər top qovur.

Komanda canlı orqanizm kimidi.  Bədəndəki bəzi "orqanlar”ın əsas və əlavə funksiyaları olduğu kimi, kollektivdə də öz missiyasını çoxşaxəli şəkildə yerinə yetirən bir-iki futbolçu olmalıdı. Komanda sözünü onun-bunun ağzından eşidən, bu idman növünün kənardan görünməyən tərəflərini nəzərə almayan bəziləri fərqli düşünə bilər. Ancaq səriştəsiz nəzəriyyəçilərin boşboğazlıqdan başqa heç nəyə bənzəməyən yanaşmaları əsl komanda yaratmaq istəyənləri maraqlandırmamalıdı...

Hə, elə həmin Yunuszadə Şimali Makedoniyada yaşayan albanlara məxsus "Şkupi”nin heyətində yetirməsi olduğu "Neftçi”yə qarşı oynayacaq. Nə qədər qəribə səslənsə də, bu, ölkə futbolu tarixində ilkdi. "Ağ-qaralar”ın heyətində Avropa Liqasının qrupunda oynamaq, tarixi ilkə imza atmaq sevinci yaşamış Elvinin avqustun 27-də necə görünəcəyi hamımız üçün maraqlıdı. Şübhəsiz, son vaxtlar milliyə də çağırılmayan azərbaycanlının komandasının Bakıdan yenik ayrılmasını arzulamaq mənəvi borcumuzdu. Amma məlum səbəbdən azarkeşsiz keçiriləcək qarşılaşmanın əsas simasının ucaboy arxa xətt oyunçusu olacağı dəqiqdi.

Bu gün futboldan volleybola, ordan da ADBTİA-nın Beynəlxalq Əlaqələr şöbəsinə göndərilən Elnur Məmmədov "Neftçi”də deyil. Haqq etmədiyi "kreslo”da vəziyyəti gərginləşdirməkdən başqa heç nəyə yaramadığını çoxdan isbatlayaraq oyundan çıxıb. İndi Bakı klubuna Kamran Quliyev rəhbərlik edir. Fəqət onun da Kardoso kimi yekəbaşların ağzını yumacaq Yunuszadəsi yoxdu. Doğrusu, AFFA-nın "vəzir”i Elxan Məmmədovun adamlarından hansınınsa dönəmində bu amilin nəzərə alınacağına inanmıram. Assosiasiyanın icraçı vitse-prezidentinin özünün belə xırdalıqlardan anlayışı olsaydı, yığmada milli ruh sezilər, adam məşhur "niyə də yox” şüarına görə gülüş obyektinə çevrilməzdi. Nə isə... Mövzudan çox uzaqlaşmayaq.

"Neftçi” nə Elxan Məmmədovun, nə Elnur Məmmədovun, nə Kamran Quliyevin, nə də Quliyevdən sonra dəri "kreslo”ya əyləşdiriləcək başqasının deyil. Məncə, daha çox APOEL üzərində 3:1 hesablı tarixi zəfərin yerli iştirakçılarından olan Yunuszadənin özünündü. Bu dəfə rəqibin heyətində gəlsə də, meydana çıxacağı təqdirdə, "xalq komandası”nın ruhunun kölgəsində növbəti ilkə imza atacaq. Haydı Yunuszadə, haydı "Neftçi”!

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2024
11:44

"Neftçi" üçün ilk, tarixdə 7-ci

11:27

"Qarabağ" klub rekordunu yenilədi

11:11

Ançelotti Kurtuaya: "Çox tərlədiyini görmədim" 

10:50

“Qəbələ”nin növbəti qurbanı “Sabah” oldu – Tura baxış

10:19

"Old Trafford"u sel basdı - VİDEO

09:56

Şamaxı Premyer Liqaya dönür - Dəqiqləşdi

09:33

Simeone İspaniya futbolunun tarixinə düşdü - Rekord

09:10

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

12 May 2024
22:52

"Məni qorxudan futbolçuların üzərində olan təzyiqdir"

22:33

"Bizim də penaltimiz var idi" - Şahin Diniyev

21:27

MPL:  "Sabah" Qəbələdə uduzdu, "Sumqayıt" 2-ci pilləyə yüksəldi 

20:48

AÇ: Azərbaycan parataekvondoçusu gümüş medal qazandı

19:57

Kaxaber Tsxadadze "Sabah" üzərində qələbəni şərh etdi

19:33

"Qırmızı vərəqədən sonra mübarizə aparmaq çətin idi" - Krunoslav Renduliç

18:35

"Bayern Münhen" sabiq baş məşqçisinə müqavilə təklif etdi

17:23

Şeydayev baş məşqçisiz qaldı

16:45

"Bu, aĝ yalandır"

16:23

Cəlal oynadı, komandası qələbə qazandı

15:43

"O epizoda penalti verilirsə..."

15:07

Vüsalın komandası elitaya vəsiqə qazana bilər

14:51

Piolinin yerini Konte tutacaq? - SON DURUM

14:11

"Böyük Dəbilqə": Azərbaycanın daha iki cüdoçusu medal qazana bilər

13:47

Azərbaycan millisi iki yoldaşlıq görüşünə çıxacaq

13:14

Levandovski "Barselona"nı bu səbəbdən tərk edə bilər

12:50

Messinin 11 oyunluq seriyası başa çatdı

12:24

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

11:55

Səudiyyə Ərəbistanı çempionu bilindi

11:21

"Başqa yerli və ya xarici klublarla danışıq aparmıram" - Marko Yankoviç

10:58

"Real Madrid" rekordunu təkrarladı

09:52

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

Xanımı Tomas Mülleri sosial şəbəkə hesablarından sildi

01:58

"Milan" "Kalyari"yə rəhm etmədi

00:42

"Real"dan darmadağın

11 May 2024
23:11

"İnanmırdım ki, Əliyar qərarını dəyişsin"

22:40

"Bərk komandaya qarşı oynadıq" - Qurban Qurbanov

21:30

MPL: "Turan Tovuz" Bakıda qalib gəldi, "Zirə" "Qarabağ"a uduzdu

21:20

"Oyun başlayandan nəzarətimizdə idi" - Ayxan Abbasov

21:05

Elmar Baxşıyev "Turan Tovuz"a məğlubiyyəti şərh etdi

20:10

Azərbaycan taekvondoçusu Avropa çempionu oldu

19:39

Krivotsyukun komandası səfərdə xal itirdi

Facebookdan bizi izləməyi unutmayın.
X