Boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin yeri və vaxtı açıqlanıb.
Fanat.Az-ın məlumatına görə, bu barədə TASS-a Beynəlxalq Boks Assosiasiyasından (AIBA) məlumat verilib.
Yarış iyunun 4-də Fransada qaldığı yerdən davam edəcək və iyunun 8-də başa çatacaq. Amerika təsnifat turniri 10 - 16 mayda Argentinanın paytaxtı Buenos-Ayresdə olacaq.
Dünya Olimpiya Təsnifat Turniri ləğv olunduğundan, bu yarışda Tokio-2020 Yay Olimpiya Oyunlarına qazanılacaq lisenziyaların sahibləri reytinqə əsasən müəyyənləşəcək.
Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri 2020-ci il martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda başlayıb, lakin 3 gün sonra koronavirusa görə dayandırılıb. 57 kq çəki dərəcəsində çıxış edən Tayfur Əliyev yarışda Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.