"Mahir Emreli bizim sistemi öyrənməlidir” – bu fikirlər "Legiya”nın baş məşqçisi Çeslav Mixneviçə məxsusdur.
Fanat.Az xəbər verir ki, Mahir Emrelinin çıxış etdiyi Varşava təmsilçisinin çalışdırıcısı UEFA Çempionlar Liqasında Tallin "Flora”sı ilə ilk oyundan (2:1) sonra mətbuat konfransında həmyerlimizin çıxışına toxunub: "Plotsk "Visla”sı ilə çempionat oyununda fərqli variant düşünürük. Hansı ki, həmin system "Flora” ilə ikinci görüşdəki taktiki planlarımıza təsir göstərə bilər. Vaxt azlığı və Tomas Pekhartın düşərgəyə gec qoşulması səbəbindən hücumçularımız arasındakı əlaqə çox intuitiv görünürdü. İlk hissədə hücumçularımız bir-birindən çox uzaq oynadığına görə problemimiz oldu. Düşünürəm ki, həm Emreli, həm də Pekhart bir-birinə kömək etməlidir. Bunun üçün bir az vaxt lazımdır. Tomas Pekhart bu heyətdə oynamışdı. Bu sistemin necə işlədiyini bilir. Mahir Emreli bunu öyrənməlidir. Ancaq o, bunu yalnız matçda, yəni oynamaqla edə bilər”.
Qeyd edək ki, start "11-lik"də yer alan Mahir heç nə ilə yadda qalmayıb və 56-cı dəqiqədə əvəzlənib.
Mirağa