"Qarabağ" heyətinə yeni hücuçmu qatır.
Fanat.Az xəbər verir ki, bu barədə "Guimaraesdigital" nəşri məlumat yayıb.
Bildirilib ki, Ağdam təmsilçisi Portuqaliyanın "Vitoriya" (Gimaraynş) klubunun futbolçusu Abdul-Aziz Yakubunu heyətinə qatmağa çox yaxındır. Onun Avstriyaya klubun təlim-məşq toplanışına gedərək 4 illik müqaviləyə imza atacağı gözlənilir.
Qeyd edək ki, Abdul-Aziz Yakubu son mövsümdə "Vitoriya"nın heyətində meydana çıxdığı 34 oyunda 15 qol vurub və 4 məhsuldar ötürmə edib. Qanalı futbolçu əvvəllər Portuqaliyanın "Vizela" və "Eştoril" klublarlnda da çıxış edib. Onunla "Neftçi" klubu da maraqlanıb.