01:33 29.07.2021 804

Bayrağa ilişən Valbuena, uçan bilet və \"qol\" görən diktor - Oyundankənar

Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Neftçi" səfərdə 0:1 hesabıyla yenildiyi "Olimpiakos"a Bakıda da uduzaraq qitənin ən nüfuzlu klub turniriylə vidalaşdı.

"Bakcell Arena"da baş tutan cavab qarşılaşmasındakı bir sıra məqamlara isə ayrı-ayrılıqda nəzər salmağa dəyər.

* Oyuna 1 saat qalmış futbolsevərlər stadionun ətrafında əməlli-başlı qələbəlik yaratmışdı. Maraqlıdır ki, matç başlayandan sonra da turniketlərin yanında növbə var idi. Alışqanlar və buna bənzəyən avadanlıqlar alınır, imkan daxilində hər kəs bir-bir yoxlanılırdı. Təsadüfi deyil ki, "Bakcell Arena"nın tribunalarının təxminən 70 faizi dolmuşdu.

* Güclü külək meydandakı oyunçulara mane olduğu qədər meydandan kənarda da müəyyən əngəllər yaradırdı. Matçın start fitindən 20 dəqiqə öncə uçan biletinin dalınca qaçan azarkeşlərdən biri az qala ciddi qəzaya səbəb olacaqdı. Xoşbəxtlikdən ağ rəngli KİA-nın sürücüsü əyləci vaxtında basıb ürəyini söyüşlə boşaltdı. Oyun zamanı külək qapıların arxasında fotoqraflar üçün qoyulmuş plastik oturacaqları da bir neçə dəfə aşırdı.

* Meydanın ot örtüyü yaxşı vəziyyətdə deyildi. Futbolçuların ayaqları altında topa-topa qopan qazon hər iki komandaya problem yaradırdı.

* Stadionun diktoru İlkin Baba fanatları ənənəvi qaydada ruhlandırır, tribunalara motivasiya verirdi. "Ağ-qaralar"ın bütün fanatları yetərincə fəal idi. "Forza Neftçi"nin sinxron hərəkətləri isə böyük futbol adına başqa gözəllik idi.

* Oyunun 23-cü dəqiqəsində qonaqların kapitanı Matyö Valbuena künc zərbəsini yerinə yetirərkən künc bayrağına ilişdi. Tribunalar bəstəboy futbolçunun başına gələn olayı gülüşlə qarşıladı.

* Epizodların birində büdrəmək növbəsi qapıçı Aqil Məmmədova çatdı. Aqil hücuma atılan rəqibdən öncə tərpənsə də, yıxıldığı üçün "Neftçi"nin qapısı qarşısında ciddi təhlükə yarandı.

* Matçın sonlarına yaxın Fəhmin Muradbəyli qol fürsəti yaxaladı. Topu qapının yanından vuran futbolçunun zərbəsinə stadionun diktoru İlkin Baba "Q-o-o-l" reaksiyası verdi. Yəqin ki, o rakursdan belə görünmüşdü.

Nihat
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 May 2024
11:47

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:29

Kənan Kərimov "İmişli" üzərində qələbəni şərh etdi: "Matçın əvvəlindən bilinirdi ki..."

11:08

"Traktor" Təbrizdə liderdən xal aldı

10:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

10:31

AL: "Roma" "Bayer"in məğlubiyyətsizliyinə son qoya biləcək? - YENİLƏNİR

10:08

PSJ-ni Almaniyada belə məyus etdilər - VİDEO

09:47

Yüksək Liqada mövsümə yekun vurulur

09:25

Ronaldu "Əl-Nəsr"i finala daşıdı

09:00

PSJ "Siqnal İduna Park"ı Mbappesiz tərk etdi - SƏBƏB

00:54

ÇL: PSJ Almaniyada uduzdu

01 May 2024
22:30

Minifutbol: Millimiz beynəlxalq turnirin qalibi oldu

21:14

İngiltərə klubu 18 yaşlı türkü 15 milyon avroya istədi

21:00

"Barselona" iki futbolçunu hədəfə alıb - ADLAR

20:20

Buffon bu matçın təkrar keçirilməsini istəyir: "Hər şey başqa cür ola bilərdi"

19:57

"Difai Ağsu" "Mingəçevir"i meydana çıxdığına peşman etdi

18:45

Osimhen bu iki klubdan birinə keçəcək - SON DURUM

18:10

AFFA-nın vitse-prezidenti AÇ-2024-ə təyinat aldı

17:50

"Arsenal" ulduzunu bu qiymətə satmağa qərar verdi

17:33

"Heç-heçə ideal nəticədir" - Rodriqo

17:14

De Boskenin yeni iş yeri bəlli oldu

16:55

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gimnastların adları bilindi

16:26

Verner və Devis üçün mövsüm bitdi

16:07

"Onu gətirə bilsək, əla seçim olacaq" - "Bayern"in prezidenti namizəd məşqçinin adını açıqladı

15:50

"Biz uğura daha çox acıq" - Emre Can

15:29

"Kardioloq hər an daha oynamayacağımı deyə bilər" - Kapitan qızından da danışdı

15:10

AÇ-2024: Belçika millisi Kurtua ilə bağlı yekun qərarını açıqladı

14:42

"Atalanta" Çempionlar Liqasına vəsiqə qazana bilməsə belə...

14:25

"Bütün rəqiblər Mbappeni "bağlamaq" istəyirlər, amma..." - "Borussiya"nın baş məşqçisi

14:07

Jorjinyonun aqibətinin necə olacağı bilindi

13:50

"Prezident Kuboku" beynəlxalq reqatası Füzulidə keçirilə bilər

13:32

"Evdəki oyundan sonra finala yüksələcəyimizə əminik" - Toni Kroos

13:14

"Biz "Real"dan daha yaxşı oynadıq" - Yozua Kimmix

12:55

İspaniya bütün turnirlərdən kənarlaşdırılır - Bu tarixə qədər möhlət verildi 

12:37

Krivotsyuk oynadı, komandası...

12:20

"Bayern Münhen" - "Real Madrid" matçında 4 qol - VİDEO

12:03

"Real" buna görə bizi cəzalandıra bilər" - Harri Keyn

11:44

"Prezident Kuboku 2024"-ün açılış mərasimi keçirildi

11:12

"İçimdə belə bir hiss var ki..." - Karlo Ançelotti

10:54

"Səbail" "Sabah"a məğlubiyyətin üzüntüsünü "Çıraq Palas"da atdı

10:36

"O, mütləq "Santyaqo Bernabeu"da "Real"a qol vuracaq - Tuxel proqnoz verdi

Facebookdan bizi izləməyi unutmayın.
X