10:54 01.08.2021 1062

"Neftçi"nin rəqibi şikayətlənir...

"Bizi "Neftçi" ilə ağır oyun gözləyir".


Fanat.Az xəbər verir ki, "Neftçi"nin Avropa Liqasındakı rəqibi olan Finlandiyanın HİK klubunun baş məşqçisi Toni Koskela SJK ilə çempionat oyunundan sonra verdiyi açıqlamada belə deyib.


Qolsuz heç-heçə başa çatan matça "Malmö" ilə son ÇL matçındakı "11-lik"lə (Yakob Tannander,  Daniel O'Şonessi, Jair, Lukas Linqman, Roope Riski, Murilo, Miro Tenho, Devid Braun, Filip Valençiç, Valtteri Moren, Atom Tanaka) başlayan Finlandiya çempionu startda məcburi əvəzetməyə əl atmalı olub. Ümumiyyətlə, gənc çalışdırıcı komandasının oyunundan razı qalmayıb: "Oyunumuzdan razı qalmadım. Baxmayaraq ki, yorğun və zəif performans göstərsək də, matça nəzarət edən tərəf biz idik. Ancaq ilk dəqiqələrdən qol imkanlarını boşa verdik və bu da sonrakı gedişata təsirsiz ötüşmədi. Oyunda tempi qaldırmaqda çətinlik çəkdik. Bir yandan da zədələr mane oldu. Valtteri Moreni məhz bu səbəbdən 7-ci dəqiqədə əvəzləməli olduq. Onun durumu hələ aydın deyil. Çox güman ki, bizimlə səfərə çıxa bilməyəcək.


Sıx qrafiklə oynayırıq. İyulun 27-də "Malmö" ilə qarşılaşdıq, 31-də SJK ilə. Avqustun 2-də Bakıya qola düşəcəyik. Ayın 7-də yenə çempionat, 12-də isə Avroliqa oyunumuz var. Başqa sözlə, 16-17 gün ərzində 5 matça çıxmış olacağıq. Bura Azərbaycana yorucu səfəri də əlavə edə bilərəm. İndi ən vacib olan bərpa olunmaqdı. İnanıram ki, bu bir gün bizə kifayət edəcək. Bizi "Neftçi" ilə ağır oyun gözləyir".

 

Qeyd edək ki, "Neftçi" - HİK matçı avqustun 3-də saat 21:00-da "Bakcell Arena” stadionunda keçiriləcək. 


Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 May 2024
11:04

PFL-dən daha bir anlaşma - Şəhid övladları üçün Yay düşərgəsi təşkil olunacaq

01 Yanvar 1970
04:00

04:00

10:51

"Ümid" Vüqar Nadirovun komandasını finala buraxmaq istəmir: "Tam hazırıq"

04:00

04:00

10:30

İstanbul nəhəngi nigeriyalı forvardla güclənir

04:00

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqasında finalçılar müəyyənləşir - YENİLƏNİR

04:00

04:00

04:00

09:00

"Real" - "Bayern" matçının ən yaxşısı bilindi

04:00

04:00

00:46

ÇL-in finalında "Real"la "Borussiya" qarşılaşacaq 

08 May 2024
23:50

Medina "Qarabağ"la müqavilə yeniləyib? - AÇIQLAMA

22:40

KL: "Fiorentina" finalda!

21:21

Virts "Real"a nə vaxt keçəcək?

21:00

Samir Nəsri əfsanəvi almanın bu planının üstünü açdı

19:35

Serb futbolçu "Yuventus"u tərk edəcək, İtaliyanı yox

18:44

İngiltərə nəhənginin yeni baş məşqçisi bilindi - Rəsmi qərar bu tarixdə açıqlanacaq

17:55

“Borussiya”nın kapitanı olduğum üçün çox fəxr edirəm" - Emre Can

17:37

"Çelsi" forvardını satışa çıxardı

17:16

"Biz yalnız Kroosa yox, mütəşəkkil komandaya qarşı oynayacağıq" - Tomas Tuxel

16:54

"Almaniyaya tez gəlsəydim, Musalanı İngiltərə millisində oynamağa razı salardım" - Harri Keyn

16:23

PFL ilə "YAŞAT" Fondu arasında memorandum imzalandı

16:14

İstanbul nəhəngi "Çelsi" ilə anlaşdı - SON DURUM

15:55

Azarkeşlər Palmeri seçdilər

15:36

Rüfət Quliyevi əvəzləyəcək şəxs bilindi  

15:17

"Barselona"da fikir ayrılığı: Laporta və Deku Xavi ilə razılaşmadılar

14:58

"Qorxmuruq, kimə qarşı oynadığımızın fərqindəyik" - Manuel Noyer

14:40

Bölgə klubunda radikal dəyişiklik - Əsgər Abdullayev də gedir

14:21

DİN və DTX əməkdaşları AFFA-da

14:05

"Qapıya 31 zərbə endirsək də..." - Enrikedən emosional məğlubiyyət şərhi

13:48

Futzal turnirinin qalibi bilindi

13:31

"Nə deyəcəyimi bilmirəm" - Vitinya

13:14

Almaniya futbolu tarixində Hummels kimisi olmamışdı

12:57

PSJ-dən maraqlı antirekord

Facebookdan bizi izləməyi unutmayın.
X