"Tottenhem"in qapıçısı Co Hart (Joe Hart) "Seltik"ə keçib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
34 yaşlı əlcək ustası şotland klubu ilə 3 illik muqavilə imzalayıb.
Qeyd edək ki, ingilis futbolçu karyerasının 12 ilini (2006-2018-ci illərdə) keçirdiyi "Mançester Siti"də çıxışı ilə daha çox tanınır. O, "şəhərlilər"in heyətində iki dəfə İngiltərə çempionu olub.
Emin Şəmsiyev