07:30 29.08.2021 1405

Səni verənə şükür, ay Niyazi

Bir köhnə tanışım var, adı Niyazidi. Futbol azarkeşi olmaqla yanaşı, həm də çox bədbin adamdı. Klublarımızdan "Neftçi"yə azarkeşlik edir. "Ağ-qaralar"ın bu il çıxdığı avrokubok matçlarının hər birindən əvvəl "yüz faiz uduzacaq, özümü buna hazırlamışam" deyirdi. 

Ümumi baxsaq, bakılılar elə Niyazinin proqnozlarına uyğun Avropa macərası yaşadı. Ancaq bunu qəhrəmanımızın futbol fəlsəfəsinin dərinliyi ilə əlaqələndirmək niyyətindən uzağam. Ən yaxşı bacardığı iş baş məşqçilərin səhvlərini qabartmaq, nəinki Samir Abasovun, Tomas Tuxelin, Xosep Qvardiolanın "böyük quş"larını incələməkdi. Şişirtmirəm, Berti Foqts dönəmində adam tam ayıq başla, millimizi ondan daha yaxşı çalışdıra biləcəyini iddia edirdi. 

Məqsədim qonşu məhəllə ilə həftədə bir dəfə oynadığımız matçlar zamanı ehtiyatda qalmaqdan bezib son vaxtlar futbola gəlməyən tanışımın ömür yolunu xırdalamaq deyil. Sadəcə, bu gün yığmamızın baş məşqçisi Canni De Byazinin "Biancocelesti" telekanalına verdiyi açıqlamayla tanış oldum və nədənsə yadıma xəyalpərəst, bivec və bədbin Niyazi düşdü.

DÇ-2022-nin seçmə mərhələsində A qrupunda yer alan və iki oyundan sonra xalı olmayan Azərbaycan millisinin italiyalı çalışdırıcısının sentyabrdakı matçlar ərəfəsində söylədiklərini bir daha nəzərdən keçirək:

"Əlçatmaz rəqiblərlə eyni qrupa düşdüyümüzü nəzərə alsaq, təəssüf ki, seçmə mərhələdə qalib gəlmək mümkün olmayacaq. İlk yeri Portuqaliya və Serbiya yığmaları tutacaq. Üçüncü yer uğrunda mübarizə isə Lüksemburq və İrlandiya arasında gedəcək. Biz beşinciyik və bu pilləni tərk etmək çox çətin olacaq. Bu cür qruplarda yalnız anonimlikdən xilas olmaq üçün mübarizə apara bilərsiniz".

Şübhəsiz, gəlmə mütəxəssisin "motivasiya fırtınası" həm milliyə çağırdığı futbolçuları, həm də hər tsiklin sonunda ölən ümidləri növbəti seçmə mərhələyə qədər yenidən cücərdən sadiq azarkeşləri bihuş edib. Canni xocadan fərqli olaraq, seçməmizin sayılı günlərdən sonra keçirəcəyi önəmli matçlardan öncə başdan vurub ayaqdan çıxmaq istəmirəm. Düzünə qalsa, isti başla təhqirlə tənqid arasındakı sərhədləri poza biləcəyimdən də ehtiyatlanıram. İndilik futbolun sabahına biganə olmayanlara acı-acı gülümsəmək qalır... Nə deyim, səni verənə şükür, ay Niyazi...

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X