14:30 27.10.2021 817

\"Azərbaycana qayıtmaq fikrim yoxdur\" - Vüsal İsgəndərli

Türkiyənin I Liqa təmsilçisi "Keçiörengücü"nün futbolçusu Vüsal İsgəndərlinin Fanat.Az-a müsahibəsi 

- Vüsal, legioner həyatı necə keçir? Özünüzdə nə kimi dəyişiklik, irəliləyiş hiss etmisiniz?
- Çox yaxşı keçir. Məncə, hər futbolçu üçün ölkə xaricində oynamaq önəmli amildir. İstər futbol, istər həyata baxış tərəfdən çox dəyişiklik olur. Daha çox böyüyürsən, doğru addımlar atmağa çalışırsan. Legioner oyunçu olduğun üçün daha çox çalımalı, daha diqqətli, örnək olmalısan ki, bunlar hamısı da məsuliyyət tələb edir. 

- Komandanda vəziyyət necədir? Həm komandaya, həm yaşadığınız mühitə uyğunlaşa bilirsinizmi? 
- Əlbəttə, uyğunlaşmışam. Hər şey yaxşıdır. Türkiyədə yaşamaq mənə rahatdır. Komanda da hər şeyin daha da yaxşı olacağına inanıram. 

- Baş məşqçi ilə münasibətiniz necədir? 
- Baş məşqçimiz ilə münasibətimiz yaxşıdır. Mənə çox dəstək olur. Ümumi olaraq klubda rəhbərlikdən işçilərə qədər hər kəs mənə çox dəstək olur. Sağ olsunlar. 

- Ümumiyyətlə, orda ürəyinizcə olan, və ya olmayan məqamlar varmı? 
- Ürəyimcə olmayan tək şey ailəmin yanımda olmamasıdır. Başqa hər şey çox yaxşı səviyyədədir. 

-  Ötən həftə X turun “İstanbulspor”la matçında (3:2) qələbə qolunu siz vurdunuz. Matçla bağlı fikirləriniz...
- Oyuna təzyiq altında çıxmışdıq. 3 xal bizim üçün çox önəmli idi. Şükür Allaha, qələbə qazandıq, mən də qol vurdum. Şərhçinin "azərbaycanlı oyunçu qol vurdu, "Keçiorengücü" qələbə qazandı" sözləri məni çox qürurlandırdı. İnşallah, daha yaxşı olmaq üçün əlimdən gələni edəcəyəm. 

- Hər insan özü özünü təhlil edir. Siz öz çıxışınla bağlı nə düşünürsünüz?
- Öz çıxışımdan tam razı deyiləm. Daha yaxşı ola biləcəyimə inanıram. 

- Hansısa klubdan təklif almısınız?
- İndiki vəziyyətdə təkliflər haqqında danışmaq düzgün olmaz. 

- Azərbaycan klublarından təklif gəlsə geri dönərsiniz, yoxsa irəliləyiş baxımından Türkiyədə qalmaq daha yaxşıdır? 
- Hələ ki, qayıtmaq kimi fikrim yoxdur. İnşallah, burda qalmaq və daha üst səviyyəyə qalxmaq istəyirəm. 

- Ölkədən xaricinə çıxanda bunun fərqinə daha yaxşı varmaq olur. Necə vaxtdır ki, Türkiyədə çıxış edirsiniz. Bizim çempionatla ordakı liqanı müqayisə edə bilərsiniz?
- Yalan deməyim, fərq var. Həm də çox şeydə fərq var. Ən əsas da 19 klubun olması. Superliqaya çıxmaq, II Liqaya düşmək kimi stressin olması çox maraq qatır. 

- Milli komanda ilə bağlı fikirləriniz. Son oyunlardakı uğursuzluqların səbəbini nədə görürsünüz?
- Milli komanda haqda danışmağım düzgün olmaz. Çox yaxşı baş məşqçimiz var. İnşallah, De Byazinin uğurlu olacağına inanıram. 

Qeyd edək ki, "Keçiörengücü" bu gün ölkə kubokunda 3-cü mərhələnin oyununa çərçivəsində III Liqa komandası "Ağrı1970" ilə qarşılaşacaq. 

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 May 2024
15:26

"Əlbəttə, "Uembli"dəki finalda olmaq istəyirik" - Hummels qələbəni dəyərləndirdi

15:07

“Prezident Kuboku 2024”: Azərbaycan avarçəkəni qızıl medal qazandı

14:50

PSJ bu mövsüm belə duruma düşməmişdi

14:32

Əşrəf Hakimi "Borussiya"ya məğlubiyyətin səbəbini dedi

14:13

Almaniya Çempionlar Liqasında əlavə yer aldı

13:55

"Möhkəm olmalıyıq" - PSJ-ni məyus edən hücumçu

13:34

"Barselona" mövsümün sonunda bu futbolçunu alacaq

13:15

Ranqnik "Bayern Münhen"in baş məşqçisi olacaq? - Özü dedi

12:56

Azərbaycanın U-17 millisi Belarusla üz-üzə

12:39

Konte özünü ingilis klubuna təklif etdi

12:20

ÇL: Həftənin ən yaxşı qolu hansı olacaq?

12:02

Klublar Komitəsinin növbəti iclası keçirildi - FOTOLAR

11:47

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:29

Kənan Kərimov "İmişli" üzərində qələbəni şərh etdi: "Matçın əvvəlindən bilinirdi ki..."

11:08

"Traktor" Təbrizdə liderdən xal aldı

10:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

10:31

AL: "Roma" "Bayer"in məğlubiyyətsizliyinə son qoya biləcək? - YENİLƏNİR

10:08

PSJ-ni Almaniyada belə məyus etdilər - VİDEO

09:47

Yüksək Liqada mövsümə yekun vurulur

09:25

Ronaldu "Əl-Nəsr"i finala daşıdı

09:00

PSJ "Siqnal İduna Park"ı Mbappesiz tərk etdi - SƏBƏB

00:54

ÇL: PSJ Almaniyada uduzdu

01 May 2024
22:30

Minifutbol: Millimiz beynəlxalq turnirin qalibi oldu

21:14

İngiltərə klubu 18 yaşlı türkü 15 milyon avroya istədi

21:00

"Barselona" iki futbolçunu hədəfə alıb - ADLAR

20:20

Buffon bu matçın təkrar keçirilməsini istəyir: "Hər şey başqa cür ola bilərdi"

19:57

"Difai Ağsu" "Mingəçevir"i meydana çıxdığına peşman etdi

18:45

Osimhen bu iki klubdan birinə keçəcək - SON DURUM

18:10

AFFA-nın vitse-prezidenti AÇ-2024-ə təyinat aldı

17:50

"Arsenal" ulduzunu bu qiymətə satmağa qərar verdi

17:33

"Heç-heçə ideal nəticədir" - Rodriqo

17:14

De Boskenin yeni iş yeri bəlli oldu

16:55

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gimnastların adları bilindi

16:26

Verner və Devis üçün mövsüm bitdi

16:07

"Onu gətirə bilsək, əla seçim olacaq" - "Bayern"in prezidenti namizəd məşqçinin adını açıqladı

15:50

"Biz uğura daha çox acıq" - Emre Can

15:29

"Kardioloq hər an daha oynamayacağımı deyə bilər" - Kapitan qızından da danışdı

15:10

AÇ-2024: Belçika millisi Kurtua ilə bağlı yekun qərarını açıqladı

14:42

"Atalanta" Çempionlar Liqasına vəsiqə qazana bilməsə belə...

14:25

"Bütün rəqiblər Mbappeni "bağlamaq" istəyirlər, amma..." - "Borussiya"nın baş məşqçisi

Facebookdan bizi izləməyi unutmayın.
X