Kolumbiyalı tennisçi Alexandro Qomes yarışlardan kənarlaşdırılıb.
Fanat.Az Beynəlxalq Tennis Federasiyasının (ITF) rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı idmançı kokaindən istifadədə ittiham olunur.
Qomesin oktyabrın 30-da verdiyi sidik nümunəsində kokain maddəsi olduğu təsbit edilib.
Tennisçinin dekabrın 15-dən istintaq başa çatan müddətədək yarışlarda iştirakı qadağan olunub.
Emin