Avropa Liqasında pley-off mərhələsinin ilk matçlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Namizədlər sırasında Qvido Rodriges ("Betis", İspaniya), Toni Martines ("Portu", Portuqaliya), Berat Cimsiti ("Atalanta", İtaliya) və Alfredo Morelos ("Reyncers", Şotlandiya) yer alıb.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.