22:28 01.05.2022 302

Azərbaycan çempionatına yekun vuruldu

Qadınların ardınca kişi həndbolçuların da ölkə çempionatına yekun vurulub. 

Fanat.Az xəbər verir ki, çempionluğu vaxtından əvvəl təmin edən “Bakı” son turda da pərəstişkarlarını sevindirib.

“Məhsul” ilk hissəni bir xal irəlidə başa vursa da, fasilədən sonra təzyiqi artıran “Bakı” 30:26 hesabı ilə qalib gəlib. 

“Təhsil” – U-18 İdman Akademiyası görüşündə nominal meydan sahiblərinin imkanlarını yüksək qiymətləndirənlər yanılıblar. Daha yüksək əzmkarlıq göstərən U-18 İdman Akademiyası komandası oyunu qələbə ilə başa vurub - 34:23.

U-16 - “Gənclər Birliyi” matçında isə qələbə imkanları yüksək qiymətləndirilən U-16 kollektivi etimadı doğruldub - 44:32.

Bir tur əvvəl çempionluğu rəsmiləşdirən “Bakı” aktivinə 18-ci xalı yazdırıb. İkinci pillədəki “Təhsil” çempionatı 13 xalla başa vurub. U-16 və U-18 İdman Akademiyası hərəyə 11 xal toplasa da, şəxsi oyunlarda rəqibini üstələyən U-16 bürünc medallara sahib çıxıb.
 
Dövlət himninin səsləndirilməsi ilə başlanan bağlanış mərasimində Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədovun salamlarını çatdıran federasiyanın vitse-prezidenti Orxan Abbasov builki çempionatın böyük rəqabətlə yadda qalacağını vurğulayıb. Mükafatçıları təbrik edən federasiya rəsmisi digər komandalara növbəti yarışlarda uğurlar arzulayıb. 

Çıxışında komanda sayının artırılmasını müsbət hal kimi qiymətləndirən gənclər və idman naziri Fərid Qayıbov, həndbolda yaranan canlanmanın, azarkeş marağının daha da artacağına ümid bəslədiyini bildirib. Nazir həndbolçulara qarşıdakı beynəlxalq yarışlarda, xüsusilə İslam Oyunlarında uğurlar arzulayıb.

Ardınca fərqlənən komandalar mükafatlandırılıb. Gənclər və idman nazirinin müavini Mariana Vasilyeva və Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Fərid Mansurovun da qatıldığı mərasimdə, qadınlardan ibarət komandalardan “Azəryol”, “Qarabağ” və “İdman Akademiyası”, kişilərdən ibarət komandalardan isə “Bakı”, “Təhsil” və U-16-ya uyğun olaraq qızıl, gümüş və bürünc medallar, həmçinin, fəxri diplom və hədiyyələr təqdim olunub. 

U-18 İdman Akademiyası komandasının üzvü Royal Əliyevlə “Azəryol”un həndbolçusu Kamilə Bayramova çempionatın ən yaxşı oyunçuları üçün nəzərdə tutulan mükafata layiq görülüb. 

Xatırladaq ki, martın 20-də start verilən çempionatda 4 qadın, 6 kişi komandası mübarizə aparıb.
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 May 2024
01:10

KL: İtaliyada ilə İngiltərədə "qol yağdı"

01:03

AL: "Bayer" Romada inamlı qələbə qazandı

02 May 2024
21:40

Ceydon Sanço MY-yə yalnız bu şərtlə qayıdacaq

21:16

PSJ-nin futbolçusu Avropa çempionatını buraxacaq

20:55

"Real" Luninlə bağlı qərarını verdi

20:20

İPL: Ayın məşqçisi adına namizədlər bilindi

19:48

Stil Fransa klubunu tərk edəcək - RƏSMİ

19:18

“Prezident Kuboku 2024”: Reqatada daha medal

18:45

İPL: Ayın ən yaxşı oyunçusu mükafatına namizədlər bilindi

18:30

“Prezident Kuboku 2024”: Azərbaycanlı cütlük reqatada 3-cü oldu

18:13

Kərim Benzema "Real"ın bazasında

17:50

Yüksək Liqada mövsüm yekunlaşdı

17:29

Üç mövsüm sonra A Seriyasına qayıtdılar

16:39

"Cavab matçında azarkeş amili bizim tərəfimizdə olacaq" - Luis Enrike

16:21

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirildi

16:02

"Real" Marselonun oğlu ilə müqavilə yenilədi

15:43

"Bu, yaxşı fürsətdir" - Edin Terziç

15:26

"Əlbəttə, "Uembli"dəki finalda olmaq istəyirik" - Hummels qələbəni dəyərləndirdi

15:07

“Prezident Kuboku 2024”: Azərbaycan avarçəkəni qızıl medal qazandı

14:50

PSJ bu mövsüm belə duruma düşməmişdi

14:32

Əşrəf Hakimi "Borussiya"ya məğlubiyyətin səbəbini dedi

14:13

Almaniya Çempionlar Liqasında əlavə yer aldı

13:55

"Möhkəm olmalıyıq" - PSJ-ni məyus edən hücumçu

13:34

"Barselona" mövsümün sonunda bu futbolçunu alacaq

13:15

Ranqnik "Bayern Münhen"in baş məşqçisi olacaq? - Özü dedi

12:56

Azərbaycanın U-17 millisi Belarusla üz-üzə

12:39

Konte özünü ingilis klubuna təklif etdi

12:20

ÇL: Həftənin ən yaxşı qolu hansı olacaq?

12:02

Klublar Komitəsinin növbəti iclası keçirildi - FOTOLAR

11:47

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:29

Kənan Kərimov "İmişli" üzərində qələbəni şərh etdi: "Matçın əvvəlindən bilinirdi ki..."

11:08

"Traktor" Təbrizdə liderdən xal aldı

10:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

10:08

PSJ-ni Almaniyada belə məyus etdilər - VİDEO

09:47

Yüksək Liqada mövsümə yekun vurulur

09:25

Ronaldu "Əl-Nəsr"i finala daşıdı

09:00

PSJ "Siqnal İduna Park"ı Mbappesiz tərk etdi - SƏBƏB

00:54

ÇL: PSJ Almaniyada uduzdu

01 May 2024
22:30

Minifutbol: Millimiz beynəlxalq turnirin qalibi oldu

21:14

İngiltərə klubu 18 yaşlı türkü 15 milyon avroya istədi

Facebookdan bizi izləməyi unutmayın.
X