“Tottenhem” “Mançester Siti”nin hücumçusu Qabriel Jezusla maraqlanır.
Fanat.Az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Xəbərə görə, “Tottenhem”in baş məşqçisi Antonio Konte hücumda Jezusla Harri Keyndən tandem güclü tandem formalaşdırmaq istəyir. "Arsenal" da 25 yaşlı Jezusun xidmətində maraqlıdır.
Braziliyalı hücumçusunun "Mançester Siti" ilə müqaviləsinin müddəti gələn mövsümün sonunda başa çatır.
Jezus ötən mövsüm bütün turnirlərdə 41 oyuna çıxaraq 13 qol vurub və 12 məhsuldar ötürmə edib.
Mirağa