UEFA Avropa Liqasında qrup mərhələsinin II turunda “Qarabağ” və Fransanın “Nant” komandaları arasında keçiriləcək oyunun hakimləri açıqlanıb.
Fanat.Az xəbər verir ki, matçı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Enea Yorqi, köməkçi hakimlər isə Denis Reca və Ridiger Çokay olacaq. Yucin Caya dördüncü hakim funksiyasını yerinə yetirəcək.
İtaliyalı Luka Payretto VAR hakimi, Cakomo Paqanessi isə onun köməkçisi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlanacaq.