14:25 07.10.2022 393

Bizim üçün uğur nədir və De Byazi nədən başlamalıdır?

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin postunda saxlanılmasına və onun qarşıdakı tsikldə də yığmaya rəhbərlik etməsinə qərar verildi.

Şübhəsiz, son matçlarda qazanılan qələbələrə rəğmən, ölkə futbol ictimaiyyətində italiyalının yola salınmasını arzulayanlar da az deyildi. Təbii, sözügedən çalışdırıcının millidə yersiz eksperimentlər apardığını, uzun müddət baş məşqçisi olduğu kollektivin "onurğa"sını formalaşdıra bilmədiyini, məhz onun futbolçu seçimi və uğursuz oyun modeli üzündən mümkün nəticələrin əlçatmaza çevrildiyini qabardanların da öz həqiqətləri var. İstənilən halda, artıq əcnəbi mütəxəssis indiki işində fəaliyyətini davam etdirəcək.

Bəs görəsən bundan sonra necə olacaq? De Byazili millinin Avro-2024-ün seçmə mərhələsinin oyunlarında daha xoş təsir bağışlayacağı, azarkeşlərini inamlı çıxışla sevindirəcəyi inandırıcıdırmı?

De Byazili dönəmə qısa baxış

2020-ci ilin sentyabrında təmsilçimizin "sükanı arxası"nda debüt edən De Byazinin komandasının Millətlər Liqasının ilk oyununda Bakıda Lüksemburqa uduzması acı həqiqətin gün işığına çıxması anlamındaydı. Bəli, həmin seçmə mərhələdə səfərdə Kipri üstələyən yığmamızın başqa qələbəsi olmadı. Nəticə bir yana, komandanın oyunu ilə ümid verməməsi, meydanda məşqçi işinin nəzərə çarpmaması narazılıqları artıran əsas amil idi. 

2020

258. 5 sentyabr. UML. Bakı. Azərbaycan - Lüksemburq 1:2
259. 8 sentyabr. UML. Nikosiya. Kipr - Azərbaycan 0:1
260. 10 oktyabr. UML. Podqoritsa. Monteneqro - Azərbaycan 2:0
261. 13 oktyabr. UML. Elbasan. Azərbaycan - Kipr 0:0
262. 11 noyabr. YO. Lyublyana. Sloveniya - Azərbaycan 0:0
263. 14 noyabr. UML. Zapreşiç. Azərbaycan - Monteneqro 0:0
264. 17 noyabr. UML. Lüksemburq. Lüksemburq - Azərbaycan 0:0

Dövri mətbuatda yazılan çoxsaylı tənqidi məqalələr, sosial şəbəkələrdə və tribunalardakı azarkeş etirazları nəyisə dəyişmədi. İtaliyalının DÇ-2022-nin  seçmə mərhələsində daha yaxşı performansla diqqət çəkəcəyinə inanan futbol başbilənləri yola onunla davam etməyi üstün saydı... Yekunda qrup sonuncusu olan komandanın başqasına tapşırılacağına demək olar ki, futbol ictimaiyyətinin əksər nümayəndələri əmin idi. Lakin müəyyən götür-qoyun ardından AFFA-dakılar əcnəbi çalışdırıcıya daha bir şans tanıdılar.

2021

265. 24 mart. DÇ. Turin. Portuqaliya – Azərbaycan 1:0
266. 27 mart. YO. Debretsen. Qətər – Azərbaycan 2:1
267. 30 mart. DÇ. Bakı. Azərbaycan – Serbiya 1:2
268. 27 may. YO. Alanya. Türkiyə - Azərbaycan 2:1
269. 2 iyun. YO. Minsk. Belarus - Azərbaycan 1:2
270. 6 iyun. YO. Kişinyov. Moldova - Azərbaycan 1:0
271. 1 sentyabr. DÇ. Lüksemburq. Lüksemburq – Azərbaycan 2:1
272. 4 sentyabr. DÇ. Dublin. İrlandiya – Azərbaycan 1:1
273. 7 sentyabr. DÇ. Bakı. Azərbaycan – Portuqaliya 0:3
274. 9 oktyabr. DÇ. Bakı. Azərbaycan – İrlandiya 0:3
275. 12 oktyabr. DÇ. Belqrad. Serbiya – Azərbaycan 3:1
276. 11 noyabr. DÇ. Bakı. Azərbaycan – Lüksemburq 1:3
277. 14 noyabr. YO. Bakı. Azərbaycan – Qətər 2:2

Təmsilçimizin başa vurduğu son tsikldəki çıxışı daha yaxın keçmişdir. Millətlər Liqasının C Divizionunda Slovakiya, Qazaxıstan və Belarusla mübarizə aparan yığmanın özünə uyğun rəqiblərlə duellərdən qalib ayrılaraq B Divizionuna yüksəlmək şansı real təsir bağışlayırdı. Yəqin ki, Qazaxıstandakı məlum məğlubiyyət (0:2) olmasaydı, yığmamız bu işin öhdəsindən gələcəkdi. Amma qrup oyunlarından öncə Malta və Latviya kimi rəqiblərlə yoldaşlıq görüşlərində də qol vura bilmədən uduzan təmsilçimiz qarşıya qoyulan hədəfdən birinci matçdaca yan keçdi... Sonradan rəqib meydanında Belarusla "quru sülh"ə razılaşan və yaxşı formada olmayan Slovakiyaya evdə uduzan yığmamızın potensialından aşağı oyun göstərməsi, ardıcıl 5 qarşılaşmada qol vurmaması sözün əsl mənasında, acizanə mənzərə idi. Artıq futboldan anlayışı olanlar problemin futbolçu resurslarından yox, De Byazinin sərəncamındakı heyətdən düzgün yararlana bilməməsindən qaynaqlandığına şübhə etmirdi.

Hiss olunurdu ki, bu futbolçularla daha artığına nail olmaq mümkündür və milli ardıcıl 5 qarşılaşmada qol vurmayacaq qədər potensialsız komanda deyil. Nəhayət, çox gec də olsa, italiyalı yersiz rotasiyalardan əl çəkdi. Nəticədə, Millətlər Liqasının son 3 matçını 3 qələbə ilə bitirən milli incik düşmüş azarkeşlərinin könlünü aldısa, De Byazinin də AFFA ilə yeni anlaşmaya imzalamaq şansları yüksəldi. 

2022

278. 25 mart. YO. Malta. Malta - Azərbaycan 1:0
279. 29 mart. YO. Malta. Azərbaycan - Latviya 0:1
280. 3 iyun. UML. Nur-Sultan. Qazaxıstan – Azərbaycan 2:0
281. 6 iyun. UML. Novi Sad. Belarus – Azərbaycan 0:0
282. 10 iyun. UML. Bakı. Azərbaycan – Slovakiya 0:1
283. 13 iyun. UML. Bakı. Azərbaycan – Belarus 2:0
284. 22 sentyabr. UML. Trnava. Slovakiya – Azərbaycan 1:2
285. 25 sentyabr. UML. Bakı. Azərbaycan – Qazaxıstan 3:0

Bərbad statistika və 123-cü yer

Bəli, ümumi fəaliyyət dönəminə diqqət yetirsək, 28 oyunda 5 qələbə, 7 heç-heçə, 16 məğlubiyyət bərbad statistikadır. Belarus, Slovakiya və Qazaxıstan üzərində qələbələr sayəsində FİFA-nin reytinq sıralamasında 123-cü yerə qalxan Azərbaycan yığması yalnız son 3 rəsmi qarşılaşmada müəyyən ümid vermiş kollektivdir. "Quyunun dibi"ndən çıxmaq üçün qələbələrin, heç-heçələrin sayı artmalı, həm də De Byazi qarşıdakı tsikldə ortaya yeni nəsə qoymalıdı.  

 AÇ-2024-ün seçmə mərhələsinin oyunlarının Millətlər Liqasındakı matçlardan daha ağır, rəqiblərin daha güclü olacağı şübhə doğurmur. Hələ qrupların tərkibi müəyyənləşməsə də, ilk iki səbətdən böyük Avropa komandalarının çıxacağı hamıya məlumdur. Ancaq güclülərə qarşı mübarizə apara bilmək, daha yüksək səviyyəli komandalarla matçlarda xal və xallar qazanaraq 123-cü sıradan qurtulmaq da yığmamız üçün minimum hədəf olmalıdır. 

Məsələn, 11-12 xal

Bu gün millimizin AÇ-nin seçmə mərhələsini uğurla başa vurub qitə birinciliyinə qatılacağına ən nikbin azarkeş də inanmırsa, gerçəkliklə hesablaşmaq zəruridir. De Byazi üçün real hədəf məsələn, tsikli 11-12 xalla tamamlamaq, növbəti dəfə daha yuxarı səbətdən atılmaq uğrunda döyüşmək ola bilər. İtaliyalının xidmətindən istifadə edə biləcəyi oyunçuların siyahısı, mütəxəssisin hazırki seçim imkanı bu hədəfə oynamağa tam şəkildə imkan verir. 

Ab-hava da dəyişməlidi

Komandadaxili atmosferin nə demək olduğunu bu mövsüm Avropada fırtına kimi əsən "Qarabağ"ın timsalında əyani şəkildə görürük. De Byazinin millidə bəzi futbolçularla (Qaara Qarayev və Maksim Medvedevin son açıqlamaları buna sübutdur) yaşadığı fikir ayrılıqlarının sonradan ortaya çıxması, ictimailəşməsi bu yöndə vəziyyətin ürəkaçan olmadığını söyləməyə əsas verir. Mütəxəssisin "Riçard Almeydanı bir ara millidən kənarda qoyduğuma görə ondan üzr istədim", "Qara yığmadan kənarda qalmağının səbəbini yaxşı bilir" və buna bənzər digər açıqlamaları milli ruh anlayışı ilə heç cür uzlaşmır. Futbol ictimaiyyətinin bir sıra nümayəndələri belə məqamlara görə etirazçı futbolçuları, digərləri əcnəbi çalışdırıcını qınayır. Hərçənd baş məşqi ilə yetirmələrinin mətbuat vasitəsi olə bir-birinə ismarıclar göndərməsi yolverilməz haldır və bu problemin aradan qaldırılması mütləqdir. Bir qədər də dəqiqləşdirsək, dünən Qara, bu gün yığmanın kapitanı Maksim, sabah bir başqa oyunçu ilə münasibətləri korlayan adam özü özünə əlavə problemlər yaratmaqdan başqa, heç nəyə nail ola bilməz. Lap günah futbolçularda olsa belə, ailə ab-havası yaratmaq De Byazinin üzərinə düşən işdir və mövcud vəziyyət onun bu yöndə işinin öhdəsindən yaxşı gəlmədiyi anlamındadır. 

Mütəxəssis nə deyir?

Azərbaycan millisi komandasının sabiq yarımmüdafiəçisi, hazırda isə AFFA-nın məşqçi kursları üzrə təlimatçısı Aslan Kərimov  italiyalının millidəki faəliyyəti haqda fikirlərini Fanat.Az-a bölüşüb:

"De Byazi onun ətrafında gəzən neqativlərə cavab olaraq, oyun planı baxımından yalnız UEFA Millətlər Liqasında son üç matçımızdakı kimi futbol sərgiləyəcək. Çünki Avro-2024-ün seçmə mərhələsində rəqabət bundan qat-qat çətin olacaq. AÇ-nin seçmə tsiklində daha güclü rəqiblərlə üz-üzə gələcəyik. Top 10-luqda olan yığmalardan ən azı biri bizim qrupda yer alacaq. Həmin qrupdan çıxmağımız olduqca çətin görünür. Düzdür, hələ rəqiblərin kimliyi bilinmir. Amma böyük ehtimalla, qrupda Azərbaycan millisinin qarşısını alacaq iki güclü komanda olacaq. 

Yığmanın oyunçuları ilə De Byazi arasında olan söz-sözhbətlərə gəlincə, bu mövzuya çox zaman ayırmaq istəmirəm. Kimin düz, kimin səhv olduğunu araşdırmaq yersiz alınar. Oyunçularla baş məşqçi arasında belə söz-söhbətlər yaranırsa, dərhal bunu aradan qaldırmaq lazımdır. Belə hallar komandanı yalnız geriyə apara bilər. Bu növ məsələlərin yaranmaması baş məşqçi tərəfindən idarə olunmalıdır. 

De Byazi bizə nə vəd edir? Birinci müəyyən etməliyik ki, "vəd edir" deyəndə konkret olaraq nəyi nəzərdə tuturuq? Əgər seçmə mərhələnin qrupundan çıxmaqdırsa, düşünmürəm ki, millimiz buna nail olsun. Söhbət oyunumuzda yaxşıya doğru ümumi dəyişiklikdən gedirsə, ola bilər. Bir daha qeyd edim ki, UEFA Millətlər Liqasında daha yaxşı çıxış edə bilərik. İtaliyalı çalışdırıcının qalması ilə bağlı qərar verilibsə, burada neqativ fikir səsləndirmək yersiz olar. Hər hansısa tənqidin də mənası yoxdur. 

De Byazi gələcəkdə Azərbaycan millisi ilə uğur qazanmaq istəyirsə, gərək futbolçularla daha yaxın və mütamadi ünsiyyətdə olsun. Qərar verərkən oyunçuların da fikirlərinə önəm verilməlidir. Kim bilir, bəlkə onun qoyduğu üslub bizim futbolçular üçün yararlı deyil. Futbolçuların mövqeyini öyrənib və ortaq məxrəcə gəlmək komandanın xeyrinə işləyən amillərdəndir. Məncə, misal olaraq "Qarabağ"ı göstərmək yerinə düşər. Futbolçular və çalışdırıcı arasında güclü kommunikasiya var. "Qarabağ"ın uğurlarının səbəblərindən biri də elə budur. Rəşad Sadıqovun oynadığı vaxtda oyundan öncə müzakirələr gedirdi. De Byazinin Qara ilə hansısa sözü üst-üstə düşməyə, Maksimin açıqlaması onun xoşuna gəlməyə bilər. Bunlara önəm vermək ən böyük səhv olar. Uğur qazanmaq üçün bu cür lazımsız söz-söhbətləri geridə qoymaq lazımdır. Neqativi unutmaq gərəkdir. Bu məsələləri şəxsiləşdirəsi olsaq, utopiyaya gedəcəyik. Canni De Byazi ilə davam etməyə qərar verilibsə, üzümüzü çevirməyin adı yoxdur. İstər jurnalistlər olsun, istərsə də mütəxəssislər, biz üzümüzü çevirib gedəsi olsaq, irəlidə bizi heç bir uğur gözləməyəcək". 

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 May 2024
01:40

"Real" 36-cı çempionluğunu rəsmiləşdirdi

01:25

“Monako”dan darmadağın

01:10

"Sassuolo" yenə "İnter"ə qənim oldu

00:51

"Bayern"dən növbəti məğlubiyyət

00:12

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

04 May 2024
23:50

Şahruddinin komandası səfərdə sevindi

23:00

"Komandamı ən az "Neftçi"yə qarşı motivasiya edirəm" - Qurbanovdan 5:0 şərhi

22:46

“Qarabağ” müdafiəçisi ilə yeni müqavilə bağladı

22:40

"Azarkeşlərdən üzr istəyirəm" - Miodraq Bojoviç

21:21

MPL: Tovuzda qalib olmadı, "Qarabağ" "Neftçi"ni darmadağın etdi

21:00

Daha bir komanda Premyer Liqaya yüksəldi - 22 il sonra

19:22

"Stressin səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi"

18:46

"Müdafiəçilərimiz ən zəif oyunlarından birini keçirdilər" - Samir Abasov

18:40

"Bayern" "Barselona"nın ulduzu ilə güclənir - SON DURUM 

17:56

Voleybol: Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

17:32

Kurtua bu mövsüm ilk dəfə meydana çıxır

17:10

Piolinin yeni klubu bilindi

16:43

Nazir beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü

16:22

U-17 "lotoreya"da uduzdu

16:00

"Messi böyük ulduz yox, ulduzcuqdur"

15:20

Lopeteqi Bundesliqa yolunda - Danışıqlar başladı

14:54

De Zerbi karyerasını davam etdirmək istədiyi klubun adını açıqladı

14:28

Postekoğlu "Tottenhem"də köklü dəyişiklik tələb edir

13:55

Ozan Can oynadı, “Eyndhoven”...

13:33

"Sponsor olmadan mübarizə aparmaq çətindir" - "Kəpəz"in İdarə Heyətinin üzvü

13:15

Azərbaycan millisinin üzvü Qazaxıstan klubundan ayrıldı

12:57

Avropa Kuboku: Millimiz bürünc mükafat qazandı

12:30

Şahmatçılarımız 125 min dollarlıq yarışda mübarizəyə başlayır

12:06

AÇ-2024-lə bağlı yeni qərar: UEFA Fransanın etirazına baxmadı

11:40

Qvardiola bütün İngiltərənin "ürəyinə su səpdi" - "Məndə belə hiss var ki..."

11:15

"Real" La Liqa çempionluğunu bayram etməyəcək - SƏBƏB

10:52

La Liqada ayın ən yaxşısı bilindi

10:28

Emin Mahmudov "Qarabağ"la matçda oynamayacaq - RƏSMİ

10:09

Avropa Kubokunun püşkü atıldı - Göygöldə

09:00

Messidən "İnter Mayami"yə fantastik qazanc - Klub funksioneri yeni büdcəni açıqladı

00:33

"Beşiktaş" son dəqiqə qolu ilə 3 xal qazandı

03 May 2024
21:56

"Prezident Kuboku-2024": Bağlanış mərasimi keçirildi

21:18

"Həyatımın yarıdan çoxunu bu klubda keçirdim" - Marko Roys

20:54

MY ilə "Barselona" yarımmüdafiəçilərini dəyişirlər

20:28

"Qalib gəlsəydik, bu insident yaşanmayacaqdı" - Klopp Salahla mübahisəsindən danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X